Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    millimetbuatgunu Dünyada söz, fikir və mətbuat azadlığı sivil dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb  edir. Bəşəriyyətin mövcudluq tarixi söz, fikir və mətbuat azadlıqları uğrunda mübarizə  səhifələri ilə zəngindir. Sivil cəmiyyət daim azad fikir, sərbəst düşüncə ifadə etməyə, eyni  zamanda dəqiq, obyektiv informasiya almağa ehtiyac duyub.

    1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan  jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya dövlətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyanna- məsi” qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü il mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alıb.
    Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi mətbuatın inkişafında da dönüş yaranmış, mühüm tədbirlər həyata keçirilmişdir. Müstəqil respublikamız bu gün söz, fikir və mətbuat azadlığının təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev mətbuat orqanlarının və işçilərinin əməyini yüksək qiymətləndirərək bildirmişdir: “ Jurnalist əməyi qeyri-adi əməkdir, çox şeylər və hünər göstərilməsini tələb edən əməkdir.”
    Ölkə Prezidenti İlham Əliyev söz və mətbuat azadlığına həssaslıqla yanaşdığını öz fikirlərində təsdiqləyir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq, söz azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.”

    Müəllif: Redaktor, 13:14

    Teqlər:

İsmarıclar bağlıdır.