Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    İŞİMİZİ MÜASİR TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ QURMAĞA ÇALIŞIRIQ

    DSC_7538 (Копировать)Yola saldığımız ötən ildə müəssisəmiz iş planına əsasən rayonda fəaliyyət göstərən idarə, müəsisə və təşkilatların sənədlərinin rayon dövlət arxivinə təhvil verilməsi üçün ardıcıl tədbirlər həyata keçirib. Görülən tədbirlər nəticəsində bir neçə müəssisə və təşkilatın fəaliyyəti nəticəsində toplanmış sənədlər arxivimizə qəbul edilmiş və lazımi qaydada işlənmişdir. Sənədlərin daimi və uzunmüddətli siyahıları Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialında Ekspert Yoxlama Komissiyasında təsdiq olunmuşdur.
    Mamırlı, Dəmirçilər, Evoğlu, Sarıcalı, Hacıqərvənd, Qapanlı, Buruc, Azadqaraqoyunlu, Qaradağlı, Ələsgərli İƏD-lərin, İsmayılbəyli, Sarov, Dəmirçilər bələdiyyələrinin, su-kanal idarəsinin və rayon icra hakimiyyətinin 2012-ci ilə aid sənəd materialları işlənilib qaydaya salınmışdır. Bütün bunlardan başqa, bir neçə idarə, müəssisə və təşkilatın sənədləri bu ildən arxivimizə təhvil veriləcək.
    2017-ci ildə vətəndaşların 535 sorğusuna cavab vermişik. Həmçinin ötən il Bərdə “Asan xidmət” Mərkəzindən təqaüd təminatı və əmək haqqı, iş stajları ilə əlaqədar və digər məsələlərlə bağlı 9 sorğuya tərəfimizdən cavab verilmişdir.
    Tərtər Rayon Təhsil Şöbəsinin və rayon mərkəzi xəstəxanasının arxivlərində tərəfimizdən yoxlama aparılmış, sənədlərin saxlanılması şəraitinə baxış keçirilmişdir.
    Cari ildə də işlərimizi müasir tələblər səviyyəsində qurmağa çalışacağıq.

    Ramil BAYRAMOV,
    Tərtər Rayon Dövlət Arxivinin müdiri

    Müəllif: Redaktor, 11:11

    Teqlər:

İsmarıclar bağlıdır.