Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    06_baki_1990_ci_il_20_yanvar_faciasi20 Yanvar qırğınını törədənlər bu hadisələrin mahiyyətini xalqdan gizlətmək məqsədilə əvvəlcədən tədbirlər görmüşdülər. Həmin günlərdə respublikada televiziya və radio verilişləri dayandırılmışdı, mətbuat çıxmırdı. Amma onlar yanılmışdılar. Çünki heç bir tədbir, heç bir cəza ölkəni bürüyən azadlıq dalğasının qarşısını ala bilməzdi. Bu dalğa bizim Tərtər rayonunu da bürümüşdü. Bakıda baş verənlərdən xəbər tutan tərtərlilər şaxtalı qış günlərində indiki saat qülləsinin yanındakı tribunanın qarşısına toplaşaraq, mitinqlər keçirir, saxta və cinayətkar Qorbaçov rejiminə etirazlarını bildirirdilər. Bu rejimə inam itirilmişdi, ümidlər puç olmuşdu. Ona görə də insanlar illərlə əzizləyərək ciblərində gəzdirdikləri partiya biletlərini atırdılar. Bu, böyük imperiya buxovlarının qırılması, həm də azadlıq yolunun başlanğıcı idi.
    Müdhiş bir gecədə ağır zərbələr almış, faciələrlə üzləşmiş xalq əyilmədi, qəddini düzəldərək illərlə arzusunda olduğu müstəqillik yoluna qədəm qoydu.
    Baş vermiş hadisələrə dərhal münasibətini bildirən mətbu orqanlardan biri də bizim o zaman “Qızıl Bayraq” adlanan Tərtər rayon qəzeti oldu. Hələ paytaxtda heç bir qəzet, jurnal çıxmadığı günlərdə biz operativ olaraq Bakı qırğını haqqında oxucularımızı məlumatlandırdıq. İnsanların ruhdan düşməsinə yol verməməyə çalışdıq.
    Onu da qeyd etmək lazımdır ki, Azadlıq meydanındakı mitinqlərdə yüzlərlə tərtərli iştirak edib və onlar 20 Yanvar hadisələrinin canlı şahidləridir.
    İllər ötsə də, bu kədərli, eyni zamanda qürurverici xatirələr unudulmur.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:32

    Teqlər:

İsmarıclar bağlıdır.