Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    20_yanvar_004Azərbaycan xalqının tarixində faciələrlə yazılmış Qanlı 20 Yanvar! İnsanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri. Bəşər tarixində qara səhifə olaraq qalacaq terror aktı. Beləliklə yüzlərlə günahsız insanın qətlə yetirilməsinə, yaralanmasına bais olan cinayətkar, totalitar sovet rejiminin şüqutu. Öz ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış, milli azadlığının müdafiəçisinə çevrilmiş dinc əhaliyə qarşı törədilən cinayətin dünyaya nümayiş etdirilməsi…
    O gecənin dəhşətini saf-çürük edəndə insanın damarlarında qanı donur. Əliyalın, günahsız insanların üstünə xüsusi qəddarlıq və vəhşiliklə yeridilmiş sovet ordusunun xüsusi təyinatlı bölmələri və daxili qoşunların böyük kontingentinin amansızlığı hiddət doğurur. 20 Yanvar gecəsində Bakı riyakarlığın, ağ yalanın qurbanına çevrildi. Fövqəladə vəziyyətin elan edilməsindən xəbəri olmayan şəhərə qoşun yeridilərək əhaliyə divan tutuldu. İnsanlar nəinki küçələrdə, öz evlərində, oturduqları yerdə güllələrin hədəfinə çevrildilər. O gecə yüzlərlə insan – qoca, cavan, hətta uşaqlar alqanlarına boyandılar, həyatlarına son qoyuldu. Bu qəddarlığın nəticəsi heç nə ilə ölçüyə gələsi deyil.
    28 ildir Azərbaycan xalqı bu yaranın ağrısı ilə yaşayır. Lakin bu ağrı xroniki olmadı. Onun üstü qaysaq bağladı. İtirdiklərimiz yad olunduqca mətinləşdik, haqqımızın, müstəqiliyimizin sahibinə çevrildik. 28 il əvvəl qırmızı qərənfillər döşənmiş Bakı küçələri öz sakinlərinin rahatlığına, firavanlığına cevrilib. Bugün Azərbaycanın azadlığı uğrunda canından keçmiş oğul və qızlarının uyuduğu Şəhidlər xiyabanı müqəddəs məkan hesab olunur. Şəhidlərin xatirəsi hər il etiramla yad edilir. Bu məkan hər bir vətəndaşımızın qürur mənbəyinə dönüb. Şəhidlər ölmürlər, əbədi olaraq könüllərimizdə yer alıblar, müqəddəsləşiblər.

    Elfuzə VƏLİYEVA,

    Müəllif: Redaktor, 13:39

    Teqlər:

İsmarıclar bağlıdır.