Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

     

    Qəzetin baş redaktorunun müavini Svetlana Bağırova Tərtər Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyevdən müsahibə götürmüşdür. Aşağıda həmin müsahibəni təqdim edirik.

     

    Изображение 121–Məlumdur ki, Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlansa da, onun genişmiqyaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
    –Bəli, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiy- yatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında xüsusi yüksəliş dövrü başlandı.
    1976-1982-ci illərdə onun xüsusi diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisi daha da genişləndirildi. Məhz həmin müddətdə Tərtər çayı üzərində 144 min hektar sahəni suvarma suyu ilə təmin edən 550 milyon kubmetrlik Sərsəng Su Anbarı və həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı tikilib istismara verildi.
    1993-cü ildə Ulu Öndərin respublika rəhbərliyinə qayıdışı isə meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi.
    –Ulu Öndərin başladığı işləri möhtərəm Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir. Hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr dövlət başçısının bu sahənin inkişafına göstərdiyi qayğının nəticəsidir.
    –Son illərin iki mühüm layihəsi–Taxtakörpü və Şəmkirçay su anbarlarının və kanallarının açılışı sübut edir ki, bu gün ölkəmizdə kənd təsərrüfatını, sahibkarlığı inkişaf etdirmək üçün dövlət tərəfindən böyük vəsait qoyulur, mühüm işlər görülür. Həyata keçirilən layihələr regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir.
    Əli müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamı ilə iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir. Bu barədə nə deyə bilərsiniz?
    –Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi ölkə başçısının bizə göstərdiyi diqqətin bariz nümunəsidir. Bu qayğının davamı olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və rayon rəhbərliyi də kollektivimizə daim diqqət göstərirlər. Belə ki, cari ildə peşə bayramı ərəfəsində idarəmizin təmir-tikinti üzrə mühəndisi Əlif Quliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Fəxri Fərman, bir qrup qabaqcıl işçi isə qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

    –Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə cari il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunub. Bununla əlaqədar sizin rəhbərlik etdiyiniz kollektivin də üzərinə çox mühüm vəzifələr düşür.

    –25 ildən çoxdur ki, yega-nə suvarma mənbəyi olan Sərsəng Su Anbarı işğal altındadır. Odur ki, Tərtər rayonunun suvarılan sahələrinin suvarma suyu ilə təmin edilməsində, eyni zamanda əhalinin içməli suya olan tələbatının, məişət qayğılarının ödənilməsində əsas ağırlıq bizim kollektivin üzərinə düşür. Məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə respublikamızda təkcə 2014-cü ildə əlavə 425 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur ki, bunlardan 31-i Tərtər rayonunun payına düşmüşdür. Rayon rəhbərliyinin nəzarəti altında bu məsələnin həlli təmin edildi. Hazırda idarənin balansında 460 subartezian quyusu vardır ki, bunlardan da 445-i işlək vəziyyətdədir. Yeni subartezian quyularının qazılması işi yenə də davam etdirilir. Cari ildə daha 14 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuş və hazırda qazma işlərinə başlanmışdır.
    Mövcud subartezian quyularının vasitəsilə tapşırığa əsasən 9690 hektar sahənin suvarılması nəzərdə tutulsa da, ötən il bu rəqəm 13 min hektar təşkil etmişdir. Quyulardan 165 milyon kubmetr su çıxarılmış, həmin suyun 117 milyon kubmetri bilavasitə əkinlərin suvarılmasına sərf olunmuşdur.
    2014-cü ildə 2013-cü ilə nisbətən, cari ilin birinci yarı-sında isə ötən ilin eyni dövrü ilə müqayisədə nəzərdə tutulan suvarma suyunun çıxarılmasına sərf olunan elektrik enerjisinə nəzərəçarpacaq dərəcədə qənaət olunmuşdur. Bu, nazirlik üzrə yeganə göstəricidir.
    –Əli müəllim, söz yox ki, subartezian quyularını daim işlək vəziyyətdə sax-lamaq gərgin zəhmət tələb edən bir işdir. Bu barədə nə deyə bilərsiniz?
    –İstismar quyularının fasi-ləsiz işləməsini təmin etmək məqsədi ilə ötən il 3 milyon 612 min manata qarşı 3 milyon 833 min manatlıq istismar tədbirləri həyata keçirilmişdir. Başqa sözlə desək, 186 ədəd su nasosu təmir olunub işlək vəziyyətə gətirilmşdir. Bundan başqa, 200 min manatlıq əsaslı təmir işləri görülmüşdür.
    Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən ötən il rayonumuza 2 ədəd transformator, 48 ədəd yeni su nasosu verilmiş və təmir üçün 2000 kq sarğı materialı ayrılmışdır. Cəmiyyətin podratçı təşkilatlarının gücü ilə 300 min manata qədər əsaslı və cari təmir işləri görülmüşdür.
    2014-cü ildə idarənin maddi-texniki bazasını gücləndirmək məqsədi ilə yeni təmir sexi açılmış, uzun müddət istismardan kənar qalan “KamAZ” markalı aqreqat əsaslı təmir olunaraq işə buraxılmışdır.
    –Suvarma suyunun paylanması ilə yanaşı ondan səmərəli istifadə olunması, su ödənişlərinin toplanmasının təmin edilməsi, eləcə də sudan istifadə zamanı meydana çıxan mübahisəli məsələlərin həlli vacib işdir. Bu sahədə rayonumuzda vəziyyət necədir?
    –Ötən il istifadəçilərə verilən suya görə ödənişlərin toplanmasına 100 faiz əməl olunmuşdur. Toplanmış büdcədənkənar vəsait əsasən enerji haqqının ödənilməsinə sərf edilmişdir.
    Ancaq müəyyən çətinliklər də var. Belə ki, təbii su mənbələrinin olmadığına görə subartezian quyularının fasiləsiz işləməsi nəticəsində yeraltı suların səviyyəsinin aşağı enməsi səbəbindən 1000 kub həcmdə suyun çıxarılmasına sərf olunan elektrik enerjisinin miqdarı artır, bu isə nəzərdə tutulmuş enerji limitinə əməl olunmasında çətinlik yaradır.
    Cari ildə ayrılmış 52 milyon kv.saat enerjiyə görə 66 min manat su pulunun toplanması nəzərdə tutulmuşdur. Lakin bunun icrasında cətinliklər yaranacaq. Çünki rayonumuzdakı 73 subartezian quyusu bilavasitə qaçqın və məcburi köç-künlərin məskunlaşdıqları yaşayış məntəqələrində yerləşir və onların təsərrüfatlarını suvarma suyu ilə təmin edir. Bu da il ərzində istifadə olunan 27 milyon 564 min kubmetr suyun haqqının ödənilməməsi deməkdir. Bununla əlaqədar bütün aidiyyəti təşkilatlara müraciət olunsa da, məsələ öz həllini tapmamışdır. Ümidvarıq ki, Qarabağ probleminin həlli bir çox məsələlər kimi bu çətinliyin də birdəfəlik aradan qaldırılmasına kömək edəcək.
    –Ötən il ən quraq illərdən biri oldu. Buna baxmayaraq, rayonumuzda kənd təsərrüfatı məhsul-larının istehsalı artdı və aqrar sahədə uğurlar əldə edildi.
    Bu uğurların mərkəzində meliorasiya işçilərinin zəhməti dayanır, elə deyilmi?
    –Qarşıdan yenə də isti yay ayları gəlir. Bu mövsümdə əhalinin suvarma və içməli suya olan tələbatını ödəmək üçün idarəmizdə xüsusi komissiya yaradılıb və konkret olaraq iş bölgüsü aparılıb. Həmçinin növbətçilər cədvəli tərtib olunub, bayram və istirahət günlərində işə nəzarət edən maddi-məsul şəxslər müəyyənləşdirilib, təmir aqreqatları ayrılıb. Çalışacağıq ki, düşmənin təxribatlarına baxmayaraq, rayonumuzun əkin sahələrində bol məhsul becərilsin.
    –Əli müəllim, bilirik ki, kollektiviniz rayonumuzda aparılan abadlıq-quruculuq işlərindən də kənarda qalmır.
    –Əlbəttə, cari ildə “Yaşıl marafon” layihəsinə qoşularaq şəhərimizin küçələrin-də 1500-dən yuxarı dekorativ ağac əkmişik. Bundan başqa, abadlıq tədbirlərində həm işçi qüvvəsilə, həm də maşın-mexanizmlərlə yaxından iştirak edirik.
    Həmçinin bu il idarəmiz üçün yeni, yaraşıqlı inzibati bina tikilir və onun istifadəyə verilməsi şəhərimizin ümumi görkəmini daha da gözəlləşdirəcək.
    –Gələcək arzularınız?
    –Gələcəklə bağlı fikirlərimiz çoxdur. Ən əsası çalışırıq ki, insanlara gərəkli olaq. Axı, su həyatdır. Deməli, biz öz zəhmətimizlə bu həyatı canlandırırıq, mənalandırırıq. Insanların ümidlərini doğrultmaqdan böyük mükafat ola bilməz.
    –Müsahibə üçün çox sağ olun, Əli müəllim.

    Müəllif: Redaktor, 13:33

    Teqlər:

İsmarıclar bağlıdır.