Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    BİZƏ OLAN MÜNASİBƏT ÜRƏYİMİZCƏDİR

    00011Yaranışdan insanı qarşıda nələr gözlədiyindən bixəbərdir. Bəlkə də bilinsəydi həyatın öz axarı maraqsız olardı. Amma elə yollar var ki, az da olsa nələrin baş verəcəyini anlayaraq könüllü olaraq üz tutursan, hər əzabına qatlaşırsan. Aldığın zərbələri özünün vətəndaşlıq borcun kimi qəbul edirsən. Vətənimizin ərazi bütövlüyü uğrunda yaralananlar və şəhid olanlar kimi.
    Bu gün ətrafımızda yüzlərlə igidimiz Qarabağ savaşında aldığı yaralardan əziyyət çəkir. Lakin bu ağrılara səbrlə, təmkinlə tab gətirirlər. Belə yaralı igidlərimizdən biri də Qaradağlı kəndində yaşayan Hüseynov Habil Əhməd oğludur. Habil özünümüdafiə batalyonuna yazılanda yaşadığı doğma kəndində kolxoz işlərində çalışırdı. Vətənin dar günü idi. Camaatın başına tökülən qrad qəlpələri, törədilən cinayətlər, axıdılan günahsız qanlar hamı kimi Habili də narahat edirdi. Özü də hərbi xidmətini Rusiyada keçmişdi və hərbi texnikadan anlayışı vardı. 1992-ci ilin noyabr ayında Vətənin qorxmaz bir oğlu kimi batalyonun tərkibində savaşa qoşuldu. Ağdərə ətrafı döyüşlərdə iştirak etdi. Elə həmin ay da Vəng uğrunda gedən döyüşdə ağır yaralandı. O dəhşətli günü xatırlayaraq döyüş yoldaşı Rövşən Məmmədov belə deyir:
    –Ermənilər çox yaxınlıqda idilər. Əl qumbarasından istifadə edirdilər. Habil irəlidə gedirdi. O, bizə tərəf atılan qumbaranın birincisini cəld götürüb mənfurlara tərəf atdı. Ikincisini götürə bilmədiyindən özünü qumbaranın üstünə atdı və orada ağır yaralandı. Bu hərəkəti ilə bir necə döyüş yoldaşını ölümün əlindən aldı.
    Özü isə o ağır günü belə təsvir edir:
    –Mən erməninin atdığı birinci qumbaranı geri atdıqda ikincinin qarşımıza düşdüyünü gördüm. Yoldaşlarımı xilas etmək üçün özümü qumbaranın üstünə atdım, daha heç nədən xəbərim olmadı. Ayılanda sol ayağımın kəsildiyini bildim. Sağ qolum da qırılmışdı. Ona şükr etdim ki, yaxşı ki döyüşçü yoldaşlarım məni döyüş bölgəsindən uzaqlaşdırıb. Bu gün əlil olsam da məni xilas edən döyüşçü yoldaşlarıma və müalicə edən həkimlərə minnətdaram.
    Ölkəmizdə əlillərə dövlətimiz tərəfindən böyük qayğı və diqqət göstərirlər. Bunu Qarabağ müharibəsi əlili Habilin şəxsində görmək olar. O, göstərilən qayğıdan razılıq edərək bildirdi:
    –Mən həmişə dövlət başçımızın və rayon rəhbərliyinin qayğısını hiss etmişəm. Xaricdən gətirilən protezlərlə vaxtında təmin olunmuşam. Ildə 2 dəfə müayinədən keçirəm, müalicə olunmaq üçün İran Respublikasına göndərilmişəm. Maşın və evlə, yüksək məbləğdə pensiya ilə təmin olunmuşam. “Vətən naminə” və “Vətən-pərvərlik işində xidmətlərinə görə” medalları ilə təltif edilmişəm. Bunlar hamısı dövlət qayğısıdır və ürəyimizcədir. Bütün bunlara görə Prezidentimizə və rayon rəhbərliyinə sonsuz minnətdarlığımı bildirirəm.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 12:13

    Teqlər:

İsmarıclar bağlıdır.