Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Изображение 261 Mənbəyini indi əsarətdə qalan Kəlbəcər dağlarından götürən Tərtər çayı rayonumuzu  iki hissəyə bölür. Ta qədimdən Tərtər rayonunun və ona yaxın olan bir sıra rayonların  əhalisi bu çayın suyundan həm içməli su kimi, həm də əkin sahələrini suvarmaq üçün  istifadə edərdi.

    Bu günlərdə rayon suvarma sistemləri idarəsinin rəisi, bu sahədə uzun illər təcrübəsi olan Zahid İbrahimovla görüşüb söhbət etdik. O, ölkə Prezidenti möhtərəm İlham Əliyevin meliorasiya işçilərinin əməyinə daim yüksək qiymət verdiyini söylədi.

    Bildirdi ki, rayonumuzun ərazisində 31 min 13 hektar suvarılan torpaq sahəsi var. Həmin sahələr fiziki-hüquqi şəxslərə paylanmışdır. Bizim vəzifəmiz isə rayonun əkin sahələrini suvarma suyu ilə təmin etməkdir.

    Rayonumuzda meliorasiya ilə üç idarə-suvarma sistemləri, subar- tezian quyuları istismarı və  Tərtərçay hidroqov-şağı istismarı idarələri məşğul olur.

    Əkin sahələrinin 18 min 13 hektarının suvarılması bizim öhdəmizə düşür. 13 min hektarı subartezian quyuları istismarı idarəsi-nin, 400 hektarı  Borsunludan keçən İncəçayın suyu ilə, 240 hektara yaxını Bəyimsarov kəndinin ərazisindəki 1 ədəd nasos stansiyası ilə Qarabağ kanalından suvarılır.

    Ötən əsrin 70-ci illərindən Tərtərçayının üzərində qurulmuş Sərsəng Su Anbarının mənfur qonşularımızın işğalı altında olması işimizi qat-qat çətinləşdirir.  Əkinlərin suvarma suyuna ciddi ehtiyacı olanda, onlar suyun qabağını qəsdən kəsir, rayona su buraxmırlar.

    Sudan səmərəli, itkisiz istifadə etmək məqsədilə mövcud arxların vaxtaşırı təmizlənib qaydaya salınmasını daim diqqət mərkəzində saxlayırıq.

    Arxların, kanalların vaxtaşırı lildən, kol-kosdan təmizlənməsi üçün baş idarə tərəfindən  3 ədəd “Hunday” markalı ekskavator verilib. Çalışırıq ki, işlərimizi günün tələbləri səviyyəsində quraq.

    Zahid müəllim sonda onu da qeyd etdi ki, kollektivimizin üzvləri suvarma işləri ilə yanaşı rayonumuzda aparılan yenidənqurma və abadlıq işlərində də yaxndan iştirak edirlər.

    Əvəz Nəsirov

     

    Müəllif: Redaktor, 13:59

    Teqlər:

İsmarıclar bağlıdır.