Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    İllərin uca zirvəsi

    Изображение 003 Mənfur ermənilərin zaman-zaman yeritdiyi iyrənc siyasət soydaşlarımızı öz  yurd-yuvalarından didərgin salmışdır. Insanlar deportasiyalara məruz qalmış,  min cür əzab-əziyyətlə tikdikləri ev-eşiklərini qoyub getmişlər. Belə insanlardan  biri də 1945-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Əzizbəyov (Söylən)  rayonundakı Herher kəndində yaşayan İman Almuradovdur.
    Onların ailəsi 1949-cu ildə deportasiya olunaraq Yevlax rayonunun Malbinəsi  kəndinə gəliblər. Lakin orada iqlim şərai-tinə tab gətirə bilməyiblər və 2 aydan sonra ailələri ilə birlikdə rayonumuzun Səhlabad kəndinə gələrək orada məskunlaşıblar.
    Yeniyetməlik illərini Səhlabadda keçirib. Zaman ötdükcə böyüklərin el-oba həsrəti yenidən bu ailəni Qərbi Azərbaycana qaytarıb. 1960-cı ildə qayıdan 10 ailədən biri onlar olub. Həmin ailələr 20-25 il doğma ocaqlarını isidiblər. Həyət-bacada səliqə-səhman yaradıb, torpaqlarını əkib-becərib, xoşbəxt günlərin uzun-ömürlü olacağını düşünüblər. Lakin, sən saydığını say, gör…ermənilər nə sayır.
    …Çox çəkmədi ki, yenidən isti ocaqlarından didərgin düşdülər. 1980-ci ildən Tərtərə qayıdaraq Səhlabad kəndində bu günə kimi yaşayıblar. Artıq illər ötüb. Iman müəllim də beləcə yaşayaraq ömrünün ahıl yaşlarına gəlib çatıb. Bu il 70 yaşı tamam olur. 70 ilin zirvəsindən geriyə baxanda acılı-şirinli günlərin şahidi olursan. Hər kəsin həyatında olduğu kimi İman Almuradovun da xoşbəxt günləri olub. O, 1979-cu ildə Moskva Kooperativ İnstitutunu bitirərək Mirbəşir narçılıq sovxozunda əmək fəaliyyətinə başlayıb. Sovxozda işləyə-işləyə Bakı Ali Həmkarlar məktəbini bitirib. O, həmin sovxozda fəhlə, həmkarlar komitəsinin sədri, partiya komitəsinin katibi işləyib. Sonralar narçılıq sovxozunun direktoru, dövlət toxum müfəttişliyinin rəisi vəzifələrində çalışıb. 21 il burada işlədikdən sonra təqaüdə çıxıb. Hal-hazırda rayonun ictimai həyatında fəal iştirak edir. 2006-cı ildən rayonda Əmək və Vətən Müharibəsi Veteranları Şurasının sədridir. Rayon ağsaqqallar şurasının üzvüdür. İman müəllim işinə həmişə məsuliyyətli olub. Uzun illərdir ki, “Əmək veteranı”dır, “Beşilliyin qalibi” döş nişanlarına layiq görülub. Yaşadığı kənddə də öz səmimiyəti və təvazökarlığı ilə sayılıb-seçilən kişilərdəndir.
    O, həm də gözəl ailə başçısıdır. 1975-ci ildə Yasəmən adlı xanımla ailə həyatı qurub. Dörd övlad böyüdüb boya-başa çatdırıblar. Hazırda övladları ailəlidirlər və Bakı şəhərində yaşayırlar. 11 nəvəsi var. 115 yaşlı anası Gövhər nənə oğlu İmanın himayəsindədir.
    Iman Almuradovun 70 yaşı olsa da, gənclik həvəsi ilə yaşayıb işləyir. Rayonda az-az tədbirlər olar ki, orada iştirak etməsin. Onun maraqlı çıxışları və təklifləri hər kəsin diqqətini cəlb edir. Iman müəllimə bu gündən sonra daha gümrah yaşamasını, saglam olmasını arzulayırıq.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 14:08

    Teqlər:

İsmarıclar bağlıdır.