Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Fev

    4bk17d515469a42y1g_800C450Bir vaxtlar doğma yurdum Azərbaycanın dilbər guşəsi olan Qarabağda Xocalı adlı bir məkan var idi. Bu məkanın da zəhmətkeş, qurub-yaradan, vətənpərvər sakinləri var idi. Ancaq əfsuslar… Əfsuslar olsun ki, bu yurdun sakinlərinin alın yazısı qara imiş!…
    Odlar yurdu Azərbaycanım əlverişli mövqeyə, yeraltı və yerüstü sərvətlərə malik bir ölkədir. Elə bu səbəbdəndir ki, doğma yurdum olan Azərbaycan tarixən qonşu dövlətlərin gözündə “yağlı tikə” kimi görünüb. Xüsusilə ilə də acgöz və qəddar ermənilərin gözləri zaman-zaman bizim torpaqlarımızda olub. Dünyanın hər yerinə səpələnmiş bu yurdsuzyuvasız millət həmişə onun-bunun süfrəsində yemiş, qarnını doyurmuş, sonra isə kəsdiyi duz-çörəyi tapdalamışdır. Bu millətin xisləti budur. Bu xislət özünü bir daha Xocalı faciəsində göstərdi.
    1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə xəyanətkar ermənilər və rusların 366-cı motoatıcı alayı Azərbaycanın dilbər guşələrindən biri olan Xocalıya hücum etdilər. Kaş ki, tarixdə olmayaydı belə bir gün! Kaş ki, o gecə yaşanmayaydı, getməyəydi o qədər can qurban! Hər kəs əllərini göyə qaldırıb Allahdan imdad diləyirdi o göylərdən, o qan ağ-layan buludlardan! Niyə bu qədər insana bu acını, bu vəhşiliyi yaşatdın, İlahi?! Niyə qıydın bu canlara, İlahi?!
    Hər tərəfdən atəş, mərmi səsləri eşidilir, tankların gurultusu ətrafı bürüyürdü. O gecədən danışanda insan ürpənir. O vəhşiliklərə, insanlığa sığmayan o qəddarlıqlara kim dözə bilərdi?
    Dinc xocalılar özləri belə çaş-baş qalmışdılar, hamı təəccüb və qorxudan nə edəcəyini bilmirdi. Onlar necə bilərdilər ki, bir zamanlar dost, qardaş-bacı deyib evimizdə saxladığımız erməni cəlladları o rus qatilləri ilə birləşərək bu qədər insana qarşı amansız soyqırım törədərlər. Onlar əliyalın insanlara–qocalara, qadınlara, hətta körpələrə belə rəhm etmirdilər.
    Hər kəs meşəyə doğru–Ağdama tərəf qaçırdı. Amma yenə də ermənilərdən canlarını qurtara bilmədilər. O qarda, çovğunda yüzlərlə insan meşədə soyuqdan donaraq öldülər. Qalanları da erməni vəhşilərinin meşədəki puşqularına düşərək digərləri kimi xüsusi amansızlıqla öldürüldülər. Dörd bir tərəfdən dağlarla əhatə olunmuş Xocalıdan çıxış yollarını da mühasirəyə almışdılar. Bir tərəfdən də aramsız yağan qar insanlara mane olurdu. Sanki, heç vaxt bizdən heç nəyi əsirgəməyəm Allah o gecə hər şeyi xocalıların əlindən almışdı. Qar da qara yağırdı o gecə! Onlar işgəncə verdikləri insanların mübarizə əzmini qıra bilmirdilər. Vətən sevgisini, yurd sevgisini onların qəlbindən çıxara bilmədilər. Bunun əyani sübutunu o gecə canlarını qurban verən şəhidlərimiz təsdiq etdi. Şəhidlər o gecə “Vətən” sözünü qızıl qanları ilə tarixə yazdılar.
    Bəli, oldu yaşandı o gecə! Biz istəməsək də tariximizdəki digər qara günlərimizin sırasına Xocalı soyqırımı da əla-və olundu.
    O dəhşətli gecədə 613 nəfər qətlə yetirildi. Onlardan 444-ü kişi, 63-ü uşaq idi. 1257 nəfər girov götürüldü.
    Artıq Xocalı qətliamından 26 il ötür. Buna baxmayaraq, biz şəhid xocalıların xatirəsini həmişə əziz tuturuq.
    İllər bizi Xocalı faciəsindən uzaqlaşdırsa da, bu qanlı tarix heç zaman unudulmur. Azərbaycan xalqı həmvətənlərimizin başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox iş görür. Buna görədir ki, hər il Xocalı soyqırımı gününü bizimlə birlikdə Amerikanın bir neçə ştatında, qardaş Türkiyədə, İsraildə və digər dövlətlərdə qeyd edirlər.
    İndi biz, nəinki Qafqaz regionunda, hətta bütün dünya ölkələri içərisində özünə layiqli yer tutan azad və müstəqil bir respublikada yaşayırıq. Biz bu müstəqilliyi şəhidlərimizin qanı bahasına qazanmışıq.
    Gün gələcək ki, qələbə bayrağını Xocalıda, Laçında, Şuşada, Kəlbəcərdə dalğalandıracağıq. Bu zaman şəhidlərimizin ruhu şad olacaq. O gün uzaqda deyil. Mən buna əminəm…

    Almaz QULİYEVA,
    Səhlabad kənd tam orta məktəbində ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 12:40

    Teqlər:

İsmarıclar bağlıdır.