Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Fev

    XOCALI FACİƏSİNDƏN 26 İL KEÇİR

    1308428334_993221_41_9361992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə ermənilər tərəfindən silahlı nəzarətə götürülüb.
    Şəhərin ələ keçirilməsi zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla yüzlərlə dinc insan qətlə yetirilib.
    Ümumilikdə, 613 dinc sakin qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
    Xocalı faciəsinin dəhşətləri yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb.
    İnsanlığa qarşı bu cinayətləri törədənlərdən hələ də bir nəfər belə saxlanılmayıb.
    Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, istintaq zamanı Xocalıda cinayətlərin törədilməsinin əsas səbəbkar kimi 39 nəfərin iştirak etdiyi müəyyən edilib. Onların 18-i keçmiş Sovet Ordusunun 366-cı alayının hərbçiləri, 8-i Xankəndi və Əsgəran daxili işlər şöbələrinin əməkdaşları, 5 nəfəri digər vəzifəli şəxs, 8 nəfəri mülki şəxsdir.
    Həmin şəxslərin barəsində soyqırım (Azərbaycan Cinayət Məcəlləsinin 103-cü maddəsi) ittihamı üzrə axtarış elan edilib. Onlar həmçinin Azərbaycan Cinayət Məcəlləsinin 107 (əhalinin deportasiyası), 113 (işgəncə), 115.4 (müharibə qanun və qaydalarının pozulması), 116.0.17 (zorlama, seksual zorakılıq və s.) təqsirli bilinirlər. İndiyədək bu cinayətlərin törədilməsdində təqsirkar olan 2089 nəfər aşkar edilib.
    Azərbaycan Milli Məclisi bir neçə dəfə dünya ictimaiyyəti, hökumətlər və parlamentlərin ünvanına Ermənistan rəhbərlərinin təşkilatçısı olduğu Xocalı soyqırımını tanımaq və pisləmək çağırışı ilə xüsusi bəyanatlar qəbul edib.

    Müəllif: Redaktor, 12:43

    Teqlər:

İsmarıclar bağlıdır.