Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Fev

    1 milyon 500 min üzvü və 16901 təşkilatı özündə birləşdirən Həmkarlar İttifaqı Konfederasiyası və 700 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası İlham Əliyevin Prezidentliyə namizədliyini irəli sürüblər.
    Yalnız həmin təşkilatlar deyil, bütün Azərbaycan xalqı qarşıdakı Prezident seçkilərində cənab İlham Əliyevi alternativsiz lider hesab edir. Bu isə xalqın öz Prezidentinə, onun həyata keçirdiyi siyasətə inam hissindən doğur.
    İnsanlar ilk növbədə həyatda gördüklərinə inanırlar. Son 14 ildə Azərbaycanda görülən işləri isə təkcə biz özümüz deyil, bü-tün dünya görür. Dostlarımız sevinir, düşmənlər isə deməyə söz tapmırlar.
    Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən regional inkişaf Proqramları regionlarımızın həyatını tanınmaz dərəcədə deyişib. Artıq Azərbaycanın hər hansı bir nöqtəsinə əyalət deməyə insanın dili gəlmir. Çünki cənab İlham Əliyevin tapşırıqları əsasında real işlərə çevrilən irimiqyaslı layihələr, Proqramlar nəticəsində indi iri şəhərlərimizlə rayon mərkəzləri arasındakı fərq aradan götürülüb. Sosial infrastruktur layihələrin icrası nəticəsində bölgələrdə yaşayan insanlar da elektrik enerjisindən, mavi yanacaqdan, içməli sudan, rabitə xidmətlərindən lazımınca istifadə edirlər.
    Ölkə başçısının rəhbərliyi altında regionlarda yol infastrukturunun yenidən qurulması prosesi müvəffəqiyyətlə davam edir. Son illər Tərtər rayonunda görülən işlər bunun bariz nümunəsidir. Təkcə ötən il “Azəravtoyol” ASC tərəfindən Sarov kəndi ərazisində İncəçay üzərində yeni körpü tikilib istifadəyə verilmiş, 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli-Qaradağlı-Sarov yolunun yenidən qurulması işləri başa çatdırılmışdır.
    Kovdadıq-Rəcəbli, Təzəkənd, Seydimli, Səhlabad, Qarağacı kənd yolları təmir edilmişdir. Hazırda rayonda kənd yollarının abadlaşdırılması işlərinin sürəti daha da artıb. Prezident İlham Əliyev deyib: “…yol infrastrukturu sadəcə olaraq sosial layihə deyil… Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha sürətlə gedir, kənd təsərrüfatı məhsulları istehsalı daha da artır”. Rayonumuzda kənd təsərrüfatının unkişafında qazanılan uğurlar ölkə başçısının fikirlərinin təsdiqidir.
    Ötən müddət ərzində qeyri-neft sektorunun inkişafı minlərlə yeni iş yerinin açılmasına və ölkədə işsizlik probleminin müvəffəqiyyətlə həll olunmasına kömək etmişdir.
    Xüsusilə gənclərin məşğulluq probleminin həlli dövlətimizin və onun başçısının daimi diqqət mərkəzindədir. Ölkədə bilikli və vətənpərvər gənclərin yetişdirilməsi məqsədi ilə müxtəlif uzunmüddətli proqramlar həyata keçirilir ki, bunun da nəticəsində iqtisadi kapitalın “insan kapitalı”na çevrilməsi prosesi uğurla davam edir.
    Dövlət başçısının qayğı ilə yanaşdığı məsələlərdən biri də məcburi köçkün və qaçqın vətəndaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Ötən il Şıxarx qəsəbəsində 1170 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin salınması, fərdi evlərin tikilməsi böyük rəğbətlə qarşılanıb.
    Hər bir vətəndaşın Prezidenti olduğunu deyən dövlət başçısı bunu əməli fəaliyyəti ilə sübut edir. Ömrünün ahıl çağını yaşayan təqaüdçü, hələ məktəb partası arxasında əyləşib gələcəyə böyük ümidlərlə baxan yeniyetmə, sahibkar, veteran, sadə zəhmət adamı, bir sözlə, hər kəs öz gündəlik həyatında cənab İlham Əliyevin diqqət və qayğısını hiss edir və xoşbəxt gələcəyini məhz Prezidentin həyata keçirdiyi siyasətdə görür.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 15:31

    Teqlər:

İsmarıclar bağlıdır.