Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Fev

    Uzun illərdir ki, kənd təsərrüfatında çalışıram. Son illər bu sahənin sürətli inkişafı hər birimizi ürəkdən sevindirir. Biz kənd adamları cənab İlham Əliyevin verdiyi tapşırıqlar əsasında əkinçilikdə və heyvandarlıqda bir-birindən uğurlu nəticələr əldə edirik. Bu gün elmi yeniliklər kəndlinin həyatına daxil olmaqla, onun güzəranını kökündən dəyişdirib.
    Belə ki, mən özüm təsərrüfatımda cins mallar saxlayıram. Bu, süd istehsalını xeyli artırmağa kömək edir. Pambıq tarlalarında, çuğundur sahələrində müasir texnika işləyir ki, bunun da nəticəsində məhsulumuzu vaxtında və itkisiz toplayırıq. Dövlətdən aldığımız subsidiyalar da işlərimizi düzgün qurmağa kömək edir.
    Bir sözlə, torpaqla təmasda olan kəndli öz problemləri ilə tək deyil. Biz cənab Prezidentin daimi qayğısını hiss edirik. Əldə etdiyimiz bütün uğurlar məhz bu qayğının və diqqətin nəticəsidir.
    Əminik ki, cənab İlham Əliyevin yenidən Prezident seçilməsi aqrar sektorunun inkişafına yeni təkan verəcəkdir.

    Habil İBRAHİMOV,
    Bəyimsarov kəndində fermer

    Müəllif: Redaktor, 15:33

    Teqlər:

İsmarıclar bağlıdır.