Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Emin İsmayıllının böyük idmana yolu rayonumuzun Azadqaraqoyunlu kəndindən başlayıb. Bu yolda bələdçisi isə tanınmış idman ustası Sabir Zeynalov olub. Yüzlərlə idmançının ilk məşqçisi olan Sabir müəllim Eminin bacarığını və böyük həvəsini görüb, ona bu sahə üzrə təhsil alaraq, idman karyerasını Bakıda davam etdirməyi məsləhət görüb.
    2011-ci ildə Emin Bakıya gəlib və karate ilə məşğul olmağa başlayıb. İndi gərgin məşqlərin bəhrəsi olan titulların və mükafatların hər biri onun üçün çox qiymətlidir. Redaksiyamızda olarkən Emin İsmayıllı dedi:
    –Uşaq vaxtı həddindən çox dəcəl idim. Valideynlərim heç cür aşıb-daşan enerjimin öhdəsindən gələ bilmirdilər. Bir gün atam əlimdən tutub məni Sabir müəllimin yanına gətirdi. Onun rəhbərliyi altında güləşlə məşğul olmağa başladım və həyatımı idmana həsr etmək qərarına gəldim.
    Gənc idmançı 2017-ci ildə İdman Akademiyasını bitirib. O bildirdi ki, karate üzrə yeniyetmə və gənclər arasında səkkizqat Azərbaycan, üçqat Avropa, ikiqat Qafqaz çempionudur. “Qara kəmər” sahibidir. 2017-ci ilin dekabr ayında Moskvanın Yekaterinburq şəhərində keçirilən beynəlxalq yarışda üçüncü yerə layiq görülüb.
    Hazırda Emin öz üzərində ciddi çalışaraq, böyüklər arasında kara-tenin kiokuşin növü üzrə beynəlxalq yarışlara hazırlaşır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:47

    Teqlər:

İsmarıclar bağlıdır.