Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15İyl

    1431931243_27e3d1c6c601Hər il olduğu kimi bu il də ümumtəhsil məktəblərində yüzlərlə şagird IX və XI siniflər üzrə buraxılış imtahanları verdilər.
    Imtahanların ilkin nəticələri barədə rayon təhsil şöbəsindən məlumat aldıq.
    Məlumatda bildirilir ki, rayonun 44 ümumtəhsil mü-əssisəsində IX siniflər üzrə 801 nəfər, 34 tam orta məktəblərində isə XI siniflər üzrə 675 nəfər şagird buraxılış imtahanları verib.
    Imtahanlar mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılıb. IX siniflərdə “ana dili” və “riyaziyyat”, XI siniflərdə isə “ana dili”, “riyaziyyat” və “xarici dil” fənləri üzrə buraxılış imtahanları keçirilib.
    Bəzi ümumtəhsil məktəblərində müsbət nəticələr alınsa da bəzi məktəblərdəki nəticələr ürəkaçan olmayıb. Xoruzluda 15, Qaradağlıda 12, Hüsənli və Bəyimsarovun hər birində 8, şəhər 6 saylı, Qazyan və Azadqaraqoyunlu tam orta məktəblərinin hər birində 7 nəfər, qalan ümumtəhsil məktəblərinin hər birində 1-6 nəfər şagird hər iki fəndən “2” qiymət alıb. XI siniflər üzrə imtahanlardan müsbət qiymət alanlarla bərabər “qeyri-kafi” qiymət alan şagirdlər də çoxdur. Xoruzlu tam orta məktəbində 22, Hüsənlidə 20, Söylən və Azadqaraqoyunlu kəndlərinin hər birində 19, Hacıqərvənddə 17, Sarovda 16 şagird qeyrikafi qiymət alıb. Nəticə göstərir ki, hələ də məktəblərdə mənimsəmə faizi tələb olunan səviyyədə deyil.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:04

    Teqlər:

İsmarıclar bağlıdır.