Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Təbiət yaşadığımız canlı aləmdir. Canlı aləmin varlığı, onun yaşaması üçün təbiətin qoynunda daim yaşıllıqlar salmalı, mövcudlarını isə qorumalıyıq.
    Bizim yaşadığımız Tərtər rayonu əzəmətli Murov dağının ətəklərində qərar tutub. Onun çox təmiz havası, münbit torpağı, saf, təmiz suyu var. Bu xüsusiyyətlərinə görə rayonumuz bir sıra yaşayış məntəqələrindən fərqlənir.
    Hal-hazırda rayonumuzun ərazisində 520 hektardan çox sahədə meşəlik var. Bunlar əsasən Borsunlu, Bəyimsarov, Kovdadıq, Xoruzlu, Hüləbətli, İsmayılbəyli, Evoğlu, Mamırlı, Köçərli və digər kəndlərin ərazilərindədir.
    Həmin meşə zolaqları daim qorunur, vaxtaşırı suvarılır.
    Rayon statistika idarəsinin məlumatına əsasən, 2016-ildə Tərtər-Goranboy, Tərtər-Dördyol, Tərtər-Bərdə istiqamətlərindəki yol kənarlarına yaşıllıq məqsədilə 32 min müxtəlif ağac, 1 milyon 300 min həmişəyaşıl və 10 min ədəd gül əkilmişdir. Həmçinin ötən il – 2017-ci ildə həmin istiqamətlərdə daha 40 min ağac, 10 min muxtəlif gül kolları və milyonyarım həmişəyaşıl ağaçlar əkilib.
    Müdrik insanlar meşə salmağa, ağac əkməyə savab iş, həyati əhəmiyyətli məsələ kimi baxıblar. Hər birimizin yaxşı yadındadır ki, əvvəllər şənbə və bazar günlərində tez-tez iməciliklər keçirilərdi. Həm də o zaman Ulu Öndər Heydər Əliyev həmin iməciliklərdə yaxından iştirak edirdi.
    Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın “Hərəmiz bir ağac əkək!” layihəsi bu işdə müstəsna əhəmiyyət kəsb edir.
    Bir ağacı əkib onu böyütmək üçün illər lazımdır. İnsanlar onun böyüməsi üçün illər sərf edir, zəhmət çəkirlər.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 09:49

    Teqlər:

İsmarıclar bağlıdır.