Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Tərtər Tarix-diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyət göstərir. İlk açılışı ilə Tərtər Cümə Məscidində öz ziyarətçilərini qəbul edən muzeyin iki işçisi olub. Əşyaları isə kəndlərdən yığıblar. 1994-cü ildən uşaq musiqi məktəbinin yerləşdiyi bəy evinin 1-ci mərtəbəsində 2 darısqal otaqda fəaliyyət göstərib. Eksponatların sayı hazırda 2016-ya çatdırılıb.
    Ötən ilin sonunda rayonumuza səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muzeyin yeni binasının açılışını etdi. Hazırda buranın fondu 8 bölmədən ibarətdir: Nəqqaşlıq (rəssamlıq), heykəltəraşlıq, tətbiqi incəsənət, arxeoloji əşyalar, məişət, etnoqrafiya, fotoşəkillər, mühüm sənədlər və sair.
    Muzeydə 150-dən çox eksponat sərgilənir . Hal-hazırda burada iki xovlu xalça, o cümlədən Azadqaraqoyunlu kəndinin sakini Nubar Mədətli tərəfindən hədiyyə edilən 150 yaşı olan və üzərində ərəbcə “Ya Allah” sözü yazılan xalça tamaşaçı marağına səbəb olur. 2 kilim, bir cejim, 2 məfrəş 15-ə yaxın xurcun Azərbaycan xalqının qədim məişəti barədə təsəvvür yaradır. Birinci ekspozisiya zalında “Tərtərin flora və faunasını əks etdirən sıx meşə”, “Ənənəvi kənd evi”, “Qarabağ geyimləri”, “Misgərlik sənəti”, “Poçt, teleqraf stansiyası”, “Tərtər XIX əsrdə”, “Tərtər Albaniyası” stendləri, rayonda olan 24 tarixi və mədəniyyət abidəsi barədə məlumatlar, dünya əhəmiyyətli Borsunlu kurqanının maketi və oradan çıxarılmış əşyalar sərgilənir. İlk tunc və dəmir dövrlərinə, orta əsrlərə aid olan əşyaları da burada görmək olar. Ən qədim məişət əşyalarından cəhrə, nehrə, yun darağı, kirkirə, sandıq, su çarxı və digərlərini buna misal göstərmək olar.
    Ikinci mərtəbənin ekspozisiya zalında isə Azərbaycanın ilk daxili işlər naziri işləmiş Behbud xan Cavanşir barədə, Tərtərin 1920-1990-cı illərdəki həyatı və yerli rayon qəzeti haqqında məlumatlar vardır.
    Ulu Öndər Heydər Əliyevin Sərsəng Su Anbarının açılışında iştirakını, Elektromexanika zavoduna gəlişini əks etdirən sərgilər, qalereya bölməsində beş Sosialist Əməyi Qəhrəmanının şəkilləri vardır.

    Aybəniz MƏMMƏDOVA,
    rayon tarix-diyarşünaslıq
    muzeyinin direktor əvəzi

    Müəllif: Redaktor, 09:53

    Teqlər:

İsmarıclar bağlıdır.