Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15İyl

    2H-Ei-Z2GHURayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cera-bert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləgv olunana kimi Ağdərə adlanıb. 1992-ci ilin oktyabrında Azərbaycan hökümətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.
    1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Lakin 7 iyul 1993-cü ildə ermənilər Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etdilər. Hal-hazırda keçmiş Ağdərə rayo-nunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla bir çox əraziləri ermənilərin nəzarəti altındadır.
    Ağdərə rayonu Şuşanı çıxmaqla Dağlıq Qarabağda ən çox azərbaycanlı yaşayan rayon idi. Işğala qədər Ağdərənin 14 kəndində və bir qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.
    Memarlıq abidələrindən Gəncəsər alban məbədi, Xanabert qalası, hermuk qalası, kilsə, müqəddəs İoko məbədi (635-ci il) var idi. Urek məbədi (XII əsr), Tərtər çayının yuxan axa-rında məbəd (XII əsr), Hatəm Məlik qalası və qədim körpülər dağıdılıb. Oradakı Qafqaz alban dinastiyaları və katolikoslarının son istinadgahı olan məşhur Gəncə-sar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfindən qoyulmuşdur.

    Müəllif: Redaktor, 12:38

İsmarıclar bağlıdır.