Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Mar

    Rayonumuzda Böyük Vətən müharibəsi veteranları daim diqqətdə saxlanılır.
    Tərtər Rayon İcra Hakimiyyətinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının nümayəndələri Böyük Vətən müharibəsi iştirakçılarının evlərinə gedərək onların problemləri ilə maraqlanıblar.
    Tərtər Rayon Mərkəzi Xəstəxanasının nevropatoloq, okulist, terapevt, otorinolorinqoloq və digər ixtisaslı həkimlərdən ibarət xüsusi briqadası tərəfindən müharibə veteranları tibbi müayinədən keçirilib və lazımi dərman preparatları ilə təmin edilib. Veteranlar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
    Qeyd edək ki, Böyük Vətən müharibəsində 2417 tərtərli alman faşizminə qarşı igidliklə döyüşüb, onlardan 1079 nəfəri həlak olub. Hazırda rayonda dörd nəfər Böyük Vətən müharibəsi veteranı var.

    Müəllif: Redaktor, 13:22

    Teqlər:

İsmarıclar bağlıdır.