Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15İyl

    Milli -mənəvi dəyərlərimizin təbliğatşısı


    555
    2005-ci il avqustun 20-də 7 illik fasilədən sonra rayonumuzun qəzeti yenidən işıq üzü gördü. Qərara alındı ki, 1991-ci ildən “Tərtər” kimi oxucularının görüşünə gələn qəzetin adı dəyişdirilərək “Yeni Tərtər” olsun. Bunun da səbəbi vardı. Çünki İlham Əliyev Prezident seçiləndən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident bölgələrin inkişafına xüsusi diqqət yetirirdi. Digər rayonlar kimi, Tərtərdə də böyük quruculuq işləri görülürdü. Bu dəyişikliyi, inkişafı işıqlandırmaq, eyni zamanda rayonun tarixi baxımından maraqlı bir dövrünü qələmə alaraq gələcək nəsillərə çatdırmaq üçün rayon qəzetinin fəaliyyətini bərpa etmək vacib idi.
    Ancaq yeni dövr redaksiya işçiləri qarşısında yeni tələblər qoyurdu. Maddi çətinliklər vardı. Rayon icra hakimiyyətinin köməkliyi ilə bu çətinliklər tədricən aradan qaldırıldı. “Yeni Tərtər” körpə uşaq kimi ilk addımlarını atmağa başladı.
    Əgər kimsə ötən 10 illik qəzetimizin qovluqlarını əlinə götürüb vərəqləsə, Tərtərin keçdiyi uğurlu inkişaf yolu, I, II, III Dövlət Proqramlarının yerinə yetirilməsinin gedişi, bu illərin mənəvi və ictimai abu-havası gözləri önündə canlanacaq. Ona görə ki, qəzet daim rayon həyatının qaynar ritmini işıqlandırıb, qurub-yaradan insanların yanında olub.
    Indi rayon qəzeti ötən əsrin 60-70-ci illərinin qəzetinə bənzəmir. Əməkdaşların iş şəraiti də, yazı üslubu da də- yişib.
    Bununla yanaşı, rayon qəzeti öz ənənəsinə sadiq qalaraq, milli-mənəvi dəyərlərimizin təbliğatçısı kimi böyük iş aparır. Dövlətçiliyə sədaqət, millili yimizin qorunması, böyüyən nəslə vətənpərvərlik hisslərinin aşılanması qəzetimizin qarşısında duran əsas məsələlərdir.10 yaşın mübarək, “Yeni Tərtər”!
                                                                                                                                                                          Svetlana Bağırova

    Müəllif: Redaktor, 12:59

İsmarıclar bağlıdır.