Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbində xalqımızın əziz bayramlarından biri olan Novruza həsr olunmuş şənlik keçirildi.
    Milli paltar geyinmiş uşaqlar Novruzun rəmzlərindən olan qalanmış tonqalın ətrafında dövrə vurub oxuyur, oynayırdılar.
    Məktəbin tarix müəllimi Kifayət Məmmədova Novruz günlərində hamıya xoş, firəvan həyat arzuladı.
    Uşaqlar Novruza, bahara aid şeirlər söylədilər. Balaca fidanların ifasında biri-birini əvəz edən “Bahar gəlir”, “Hakışta”, “Arşın malalan” komediyasından parçalar səsləndi. Zəhra Əhmədlinin, Fatimə Kərimovanın, Zəhra Əliyevanın, Məhəmməd Kərimlinin, Yıldız Akyolun, Yeganə Süleymanovanın və Murad Abdullayevin oynadıqları milli rəqslər və mahnılar şənliyi daha da gözəlləşdirirdi.
    Məktəbin direktoru Dilşad Məmmədova, uşaq gənclər birliyinin rəhbəri Gülnarə Aslanova, ibtidai sinif müəllimələri Nigar Sultanı, Sona Rzayeva, Sevda Quliyeva, psixoloq Jalə Məmmədova və direktor müavini İlahə Şirinova bu şənliyin təşkilinə yaxından köməklik göstərmişlər.
    Novruz şənliyinə rayonun Heydər Əliyev Mərkəzinin təmsilçiləri də dəvət olunmuşdular. Burada valideynlər də iştirak edirdilər.
    Bayram şənliyində fərqlənən balaca fidanlar məktəbin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundular.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 11:24

    Teqlər:

İsmarıclar bağlıdır.