Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr

    SƏRİYYƏ XALA

    Səriyyə xalanı uzun illərdir tanıyıram. Lakin nə onun özü, nə də ailəsi haqqında heç bir məlumatım yox idi. Iş planındakı mövzu onu daha yaxından tanımağıma səbəb oldu. Görüşümüz onun ailəsində, böyüklük etdiyi ocağında alındı. Tanıdığım zəhmətkeş, bir az da baməzə qadın xeyli dəyişmiş, ağbirçəkləşmişdi.
    Səriyyə Məmmədova Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndindəndir. 1937-ci il sentyabr ayının 20-də doğulub. Ailədə 6 bacı, 1 qardaş olublar. Atası Tahir uzun müddət mühasib işləyib, anası Tərgül isə ev-dar qadın olub. Ata-ana övladlarının qayğısı ilə məşğul olsalar da, oradakı vəziyyət başqa həmkəndliləri kimi Tahir kişigili də yaşadıqları kənddən çıxmağa məcbur etmişdir. Onlar ailələri ilə birlikdə 1953-cü ilin may ayından Tərtər rayonunun Seydimli kəndində məskunlaşırlar.
    Demək olar ki, Seydimli kəndinə köçüb gələn Qərbi azərbaycanlılar və yerli sakinlər bir-birləri ilə münasibət quraraq doğmalaşırlar, bir-birlərinə qız verib qohum olublar.
    Taleyin yazısı Səriyyə xalanın yaşam yerini və həyat tərzini təkrar dəyişir. 1966-cı ildə Tərtər şəhərində “QES” deyilən qəsəbəyə köçüb Fin taxta evlərində yaşamağa başlayırlar. Atası Tahir Tərtərdə yaşayarkən ticarətlə məşğul olur. O da atası ilə birgə qəsəbədəki ərzaq mağazasında işləməyə başlayır. 20 ildən artıq həmin mağazada satıcı işləyir. Bütün ömrünü oğlu Azərə həsr edir. Onun tərbiyəli və təhsilli olması üçün çalışır.
    Lakin həm iş həm də övladın qayğısı ilə məşğul olmaq gənc qadına çətinlik yaradır. Ona görə də qəsə-bədə yaşayan rus qadın Ninadan xahiş edir ki, ona Azəri böyütməkdə köməklik etsin.
    İllər ötüb. Səriyyə xala özünü xoşbəxt hesab edir.
    İndi oğlu Azər də, gəlini Svetlana da ali təhsilli mütəxəssisdirlər. Hər ikisi Azərbaycan Neft Akademiyasını bitirib. Azər energetik, Svetlana isə 5 saylı tam orta məktəbdə laborantdır. Səriyyə xala özünü ona gərə xöşbət hesab edir ki, onun 2 gözəl-göyçək, ağıllı nəvəsi var. Tunarə pedaqoji institutu bitirib. Hazırda Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasında oxumaqla rayon icra hakimiyyətində çalışır. Həm kol-lektivdə, həm də rayonda özünə hörmət qazanıb. Tunar isə Memarlıq İnşaat Universitetinin 2-ci kursunda oxuyur.
    Səriyə xala söhbətimiz zamanı ömrünün ötən günlərini xatırladı:
    –Mən iki müharibənin yaratdığı dəhşətlərin, insanların çəkdiyi acıların şahidiyəm. Birincisi 1941-45-ci illərin Böyük Vətən müharibəsinin, ikincisi 1988-ci ildən bəri davam edən Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin. Böyük Vətən müharibəsində atam, beş əmim cəbhəyə getdi. Atam əlil qayıtdı, beş əmimdən hələ də xəbər yoxdur. Erməni quldurlarının törətdiyi cinayətlər nə yerə sığasıdır, nə göyə. Yaxın qonşularım, tanıdığım bir çox insanlar o mənfurların atdığı top və qradların zərbəsindən doğmalarını itirib, bəziləri də yaralanıb əlil olub. Qarabağ savaşının ilk illərində soydaşlarımız çox əziyyətlər çəkirdilər. Müharibə həyəcanı eyni zamanda müstəqilliyimizin ilk illərinin çətinlikləri camaat üçün bir dərdə çevrilmişdir. Çox şükür o həyəcanlı günlər arxada qalıb. Hamı firavan yaşayır.
    Sözarası gəlin-qaynana münasibətlərinə toxunduq. Böyük razılıq hissi ilə danışdı gəlnindən. Bildirdi ki, gəlini Svetlana öz əmisi oğlunun qızıdır. Böyük-kiçik yolu bilməsindən, bir ağbirçək kimi ona hörmətindən danışdı. Hərdən söhbətimizə gəlin də müdaxilə edirdi. Hiss etdim ki, ailədə səmimi və anlamlı bir münasibət var. Bununla da qənaətə gəldim ki, Səriyyə xala çox hörmətli bir ağbircəkdir. Ona sağlam can, uzun ömür arzulayıb ayrıldıq.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:42

    Teqlər:

İsmarıclar bağlıdır.