Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15İyl

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci il Azərbaycan Res-publikasında “Kənd təsərrüfatı ili” elan edilsin.
                                                                                                           Azərbaycan Respublikasının Prezidenti
                                                                            İhaml Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamından

    Aqrar sahənin mühüm istiqaməti

    _510Racer_32inchestall_6_20_03Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci ilin Azərbaycan Respublikasında “ Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar tədbirlər planı təsdiq olunmuşdur. Həmin tədbirlər planına əsasən ölkədə heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə də bir sıra işlərin görülməsi nəzərdə tutulur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” ASC-yə tapşırılmışdır ki, cins heyvanların lizinq yolu ilə satışının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlasınlar. Həmçinin iri fermer təsərrüfatlarının yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.

    Heyvandarlıq sahəsində baytarlıq xidmətinin yaxşılaşdırılması məqsədilə rayon baytarlıq idarələri müasir avadanlıqlar və preparatlarla təmin ediləcək, mobil “Səyyar baytar sanitar ekspertizası laboratoriyaları” alınacaqdır. Yeni heyvan kəsimi məntəqələrinin sayı artırılacaq. Beynəlxalq Epizootik Büronun standartları əsasında heyvanlar arasında brü-selyoz xəstəliyinə qarşı mübarizə tədbirləri genişləndiriləcək.
    Kənd təsərrüfatı sahəsində sığorta mexanizminin tədbiqi işləri davam etdiriləcək.
    Dövlətin kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişa-fına yüksək qayğı göstərməsi ra- yonumuzda da razılıq hissi ilə qarşılanmışdır. Yerli fermerlər, iri sahibkarlar mövcud imkanlardan bacarıqla istifadə edərək daha yüksək nəticələr əldə etməyə çalışırlar.
    Qeyd etmək lazımdır ki, rayo- numuzda ət və süd istehsal edən iri fermer təsərrüfatlarının sayı getdikcə artır. Müsbət haldır ki, bu təsərrüfatlarda saxlanılan heyvanların əksəriyyəti ya xaricdən gətirilmiş cins mallardır, ya da yerli şəraitdə suni mayalanma yolu ilə alınan heyvanlardır ki, bunlar da məhsuldarlıqda öz xarici həmcinslərindən geri qal-mırlar.
    Rayon statistika idarəsinin verdiyi məlumata görə, 2015-ci ilin birinci yarışında rayonda iribuynuzlu mal-qaranın sayı 22282 baş, o cümlədən ana inək və camışların sayı 11807, qoyun və keçilərin sayı 72103 baş olmuşdur. Keçən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 410 baş, qoyun və keçilərin sayı 1017 baş artmışdır. Heyvandarlıq məhsullarının istehsalında da artım müşahidə olunur. Belə ki, 2014-cü ilin müvafiq dövrünə nisbətən rayonda ət istehsalı 33,4 ton, süd istehsalı 173,2 ton, yumurta istehsalı 110 min ədəd artmışdır.
    Ölkəmizin paytaxtında əhalinin ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq və bazarlarda qiymətlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq rayonun təsərrüfatlarından Bakı şəhərindəki yarmarkalara 85,5 ton müxtəlif kənd təsərrüfatı, o cümlədən heyvandarlıq məhsulları göndərilmişdir.
    Kənd təsərrüfatı istehsalçılarına subsidiyaların və yardımların verilməsindəki yeniliklər də bu sahəyə marağın daha da artmasına səbəb olmuşdur.
    Sovet dönəmində heyvandarlıq rayonumuzda ziyanla işləyən sahə hesab edilirdi. İndi vəziyyət tamamilə dəyişib. Müstəqillik illərində sərbəst işləmək imkanı əldə etmiş kənd əməkçiləri böyük həvəslə elmi nailiyyətlərdən və dövlətin köməyindən istifadə edərək, ərzaq məhsulları istehsalında samballı nəticələr qazanırlar.

    Müəllif: Redaktor, 13:31

    Teqlər:

İsmarıclar bağlıdır.