Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    Möhtətəm cənab Prezident!
    11 aprel Prezident seçkilərində qazandığınız inamlı qələbəyə görə sizi ürəkdən təbrik edirik.
    Əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək, xalqımız daha yaxşı və firavan yaşayacaq. Ümid edirik ki, həmişə olduğu kimi yenə də Azərbaycan mətbuatına önəm verəcəksiniz və mətbuatın dostu kimi qayğınızı əsirgəməyəcəksiniz.
    Sizə işinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

    “Yeni Tərtər” qəzetinin kollektivi adından qəzetin baş redaktoru Tofiq Yusif

    * * *

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev!
    Sizin yenidən doğma Azərbaycanımıza Prezident seçilməyiniz cəbhə bölgəsi olan tərtərlilərin böyük sevincinə səbəb olmuş və uşaqdan tutmuş böyüyə kimi hamıda əsl bayram əhval-ruhiyyəsi yaratmışdır. Bu böyük qələbə münasibəti ilə Sizi bütün rayon ictimaiyyəti və ağsaqqalları adından səmim-qəlbdən təbrik edir, bundan sonra da respublikamızın gündən-günə çiçəklənməsi yolunda Sizə uğurlar arzulayırıq. Tərtərlilər çox yaxşı bilirlər ki, yekdilliklə Sizə-öz ləyaqətli namizədlərinə səs verməklə xoşbəxt gələcəkərinə səs vermişlər.
    Allah sizi qorusun !
    Qədir Allahverdiyev, Tərtər Rayon Ağsaqqallar Şurasının sədri
    * * *

    Möhtərəm cənab Prezident!
    Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə səmim-qəlbdən təbrik edirik.
    Xalqımızın bu düzgün seçimini ürəkdən alqışlayırıq. Vətənimizin daha da çiçəklənməsi naminə yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar və möhkəm cansalığı arzulayırıq.
    Siz həmişə Azərbaycan qadınına böyük diqqət və qayğı göstərmisiniz, onların müxtəlif vəzifələrə irəli çəkilmələrinə şərait yaratmısınız. Ölkəmizdə qadın hüquqlarının qorunmasına önəm vermisiniz.

    Tərtər rayonunun ziyalı qadınları adından:
    Svetlana ƏZİZOVA, Xatirə MƏMMƏDOVA, Tunarə MƏMMƏDZADƏ, Mərziyyə QƏNDİLOVA, Svetlana BAĞIROVA, Fitat ƏLİYEVA, Nubar MƏDƏTLİ, Səlimə YUSİBOVA, Aybəniz MƏMMƏDOVA, Ulduzə QURBANOVA, Gülarə ƏKBƏROVA, Gülarə ƏHMƏDOVA, Bəxtilə ƏLİYEVA, Elfuzə VƏLİYEVA, Arzu BABAYEVA, Dilşad MƏMMƏDOVA, Həcər XEYRİ.

    * * *

    Möhtərəm cənab Prezident!
    Sizi Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibəti ilə cəbhə bölgəsində yaşayan qəhrəman Tərtərin Qarabağ müharibəsi veteranları, şəhid ailələri adından ürəkdən təbrik edirik. Sizə uzun ömür, cansağlığı, doğma Vətənimizin çiçəklənməsi naminə həyata keçirdiyiniz qlobal layihələrdə uğurlar diləyirik.
    Cənab Ali Baş Komandan!
    Biz veteranlar inanırıq ki, tezliklə Sizin sayənizdə torpaqlarımız işğaldan azad olacaq, Azərbaycan bayrağı yenidən doğma yurd yerlərimizdə dalğalanacaqdır. Və Sizinlə birlikdə həmin torpaqlarda böyük Qələbəmizi qeyd edəcəyik.

    Hörmətlə: Süliddin YUSİBOV,
    Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon şöbəsinin sədri

    * * *

    Möhtərəm cənab Prezident!
    11 aprel Prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi Tərtər rayonunun gəncləri adından ürəkdən təbrik edirik. Azərbaycan gəncləri Sizə səs verməklə öz uğurlu sabahlarına, gələcəklərinə səs verdilər. Biz gənclər bundan sonra da Sizin ətrafınızda sıx birləşəcək, rəhbərliyinizlə doğma respublikamızın inkişafı naminə əllərindən gələni edəcək.
    Biz tərtərli gənclər həmişə Sizinləyik!

    Hörmətlə, tərtərli gənclər adından: Emin Pənahov, rayon gənclər və idman idarəsinin rəisi

    * * *

    Möhtərəm cənab Prezident!
    Tərtər rayonunun bütün sahibkarları adından yenidən prezident seçilməyiniz münasibəti ilə Sizi ürəkdən təbirk edirəm. Biz sahibkarlar həmişə sizin dəstəyinizi və qayğınızı hiss edirik. Var qüvvəmizlə çalışacağıq ki, sizin göstərdiyiniz bu diqqət və qayğıya əməli işlərimizlə cavab verək. Məhz Sizin səyənizdə Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf etmişdir.
    Hörmətlə: Məhərrəm Əliyev, sahibkar

     

    Müəllif: Redaktor, 15:59

    Teqlər:

İsmarıclar bağlıdır.