Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15İyl

    “Kənd təsərrüfat ili” çərçivəsində ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən yardım və güzəştlərin gücləndirilməsi, kənd təsərrüfatı sahəsində potensialın möhkəmləndirilməsi, kənd təsərrüfatı sahəsinin elmi təminatının və bu sahədə kadrların hazırlanmasının yaxşılaşdırılması, infrastrukturun gücləndirilməsi və elektron kənd təsərrüfatının yaradılması, təbliğat və təşviqat işinin təşkili nəzərdə tutulmuşdur.
    Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında”, “Bitki-çiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və digər mühüm sərəncamlar məhz bu vəzifələrin icrasına yönəlmişdir.
    Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün yekunlarına həsr olun-muş yığıncağında möhtərəm Pre-zident İlham Əliyev qarşıya belə bir vəzifə qoymuşdur ki, “Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsula qədər”.
    Ərzaq təhlükəsizliyinin təmin olunması məsələsi rayonumuz üçün də çox aktualdır. Dövlətimizin daimi qayğısını və dəstəyini hiss edən kənd əməkçiləri bu işdə yaxından iştirak edir, keyfiyyətli ərzaq məhsulları istehsalını günü-gündən artırmağa səy göstərirlər.

    Müəllif: Redaktor, 13:53

    Teqlər:

İsmarıclar bağlıdır.