Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    HƏMİŞƏ HÖRMƏTLƏ YAD EDİLİR

    Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də Həsənov Feyruz Nəbi oğludur.
    Feyruz 1962-ci ildə rayonumuzun Azadqaraqoyunlu kəndində anadan olub. Orta təhsilini doğulduğu kənd məktəbində alıb. Qohumları, doğmaları təhsil illərində onun yaxşı oxumasından, nümunəvi şagird olmasından həmişə danışırlar. Orta təhsilini başa vurduqdan sonra o zamankı Sovet ordusu sıralarında xidmət edib. Rayon polis şöbəsində işləyib. Öz çevikliyi, silahlardan yaxşı baş çıxarması dostları, yoldaşları arasında onun hörmətini daha da artırıb.
    O illərdə mənfur ermənilərin torpaqlarımıza göz dikməsi həmyaşıdları kimi bir polis nəfəri olaraq Feyruzu da ciddi narahat edirdi. Ermənilərə qarşı bir sıra döyüşlərdə yaxından iştirak etdi. 1992-ci ilin aprel ayında keçmiş Ağdərə rayonunun Marquşevan kəndi uğrunda gedən döyüşlərdə 30 yaşında şəhid oldu.
    Feyruz ailəli idi. Könül adlı bir qızı qalıb. Ailəlidir.
    Mərhumun həyat yoldaşı Sülhiyyə Həsənova isə Azadqaraqoyunlu kənd uşaq bağçasında işləyir.
    İndi də kənddə şəhidlərdən söhbət düşəndə Feyruz Həsənov haqqında xoş sözlər deyilir. Hörmət və ehtiramla yad edilir.
    Şəhidin qəbri Azadqaraqoyunlu kənd qəbiristanlığındadır.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:32

    Teqlər:

İsmarıclar bağlıdır.