Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    50 İLLİK BİRGƏ YOL

    –Məlumdur ki, bu il aprel ayında Tərtər rayon qəzetinin ilk nüsxəsinin çapdan çıxmasının 84 ili tamam olur. Sizin isə bu qəzetdə fəaliyyətinizin 50-ci ilidir. Bu barədə nə deyə bilərsiniz?
    –Ömrümün 16-cı ilindən başlayaraq, rayon qəzeti ilə mənim həyatım bir-birinə bağlı olub. Amma “Qızıl bayraq”la tanışlığım bir az da əvvələ gedib çıxır. Orta məktəbdə oxuyanda gənc səyyahların respublika toplanışında komandamız birinci yeri tutmuşdur. Rayon qəzetində şəklimiz və haqqımızda yazı dərc olundu. Bundan sonra mən də jurnalist olmaq istədim.
    1934-cü ildən müxtəlif adlarla nəşr olunan və hazırda “Yeni Tərtər” kimi fəaliyyətini davam etdirən qəzet bütün dövrlərdə rayonun güzgüsü olub və ətrafına minlərlə oxucu toplayıb. Bu, indi də belədir.
    –Jurnalist olmağınıza görə kimə və nəyə minnətdarsınız?
    –Təkcə jurnalist fəaliyyətimə görə deyil, taleyimə görə ilk növbədə Ulu Tanrımıza minnətdaram.
    Universitet müəllimlərimi daim minnətdarlıq hissi ilə xatırlayıram. Kollektivdə mənə yol göstərən, peşəmizin sirlərini öyrədən gözəl qələm sahibləri olub ki, həm onları, həm də tövsiyələrini unutmuram.
    Məlumdur ki, son illərdə müxtəlif müsabiqələrdə iştirak edirsiniz və əksərən qalib olursunuz. Bu müsabiqələrin sizin jurnalist fəaliyyətinizdəki rolu?
    –Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəsi Fondunun keçirdikləri fərdi jurnalist yazı müsabiqələri məndə özümə inam hissi yaratdı və peşəmə olan marağı daha da artırdı. Bunun üçün Mətbuat Şurasına və KİVDF-yə çox minnətdaram. Həm də öz qəzetimizə və onun baş redaktoruna təşəkkür edirəm ki, həmin müsabiqələrə qatılmaqdan ötrü burada mənə şərait yaradılır. İstər 1-ci, 2-ci, yaxud 3-cü yer olsun, fərqi yoxdur, qalib yazıların hər birinin mənim yaradıcılığımda xüsusi əhəmiyyəti var.
    –Bu il ilk dəfə olaraq siz Azərbaycan jurnalistlərinin qurultayının nümayəndəsi oldunuz. Qurultay nümayəndəsi kimi təəssüratınız?
    –Region mətbuatında çalışan bir jurnalist kimi respublika mediasının ən qabaqcıl nümayəndələri ilə birgə keçirilən tədbirlərdə iştirak etmək, onları dinləmək mənim üçün həmişə maraqlı olur. Ona görə də eşidəndə ki, jurnalistlərin ali məclisində iştirak edəcəyəm, çox sevindim.
    Qurultayda müasir şəraitdə medianın qarşısında duran vəzifələrdən ətraflı söhbət getdi. Region qəzetlərinin problem və qayğılarına toxunuldu. Qeyd olundu ki, internet media nə qədər inkişaf etsə də, bizim qəzetlərə cəmiyyətdə həmişə ehtiyac olacaq. Rayon qəzetləri nəinki sıradan çıxmalı, daha yaxşı yaşamalı və inkişaf etməlidir.
    –Müasir dövrdə jurnalistlərə münasibət necədir?
    –KİV-in, mətbuatın inkişafında xidmətlərinə, bu sahəyə göstərdiyi böyük diqqət və qayğıya görə “Mətbuatın dostu” mükafatına layiq görülən, bu mükafatı “jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir” deyərək, çox yüksək dəyərləndirən Prezident İlham Əliyev məhz jurnalistlərin dostu kimi, KİV təmsilçilərinə öz peşəkarlıqlarını daim artırmağı tövsiyə etmişdir.
    Ölkə başçısı cənab İlham Əliyev, dövlətimiz Azərbaycan jurnalistlərinə arxalanır, media təmsilçiləri isə öz növbəsində cəmiyyətdə müsbət işlərin işıqlandırılmasında, neqativ halların aradan qaldırılmasında əllərindən gələni əsirgəmirlər.

    Qəzetimizin baş redaktornun müavini Svetlana BAĞIROVA ilə müsahibəni apardı: Elfuzə
    VƏLİYEVA

    Müəllif: Redaktor, 12:33

    Teqlər:

İsmarıclar bağlıdır.