Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

    1965-ci il fevral ayının 17-də Tərtər rayonunun Balakəngərli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi 1982-ci ildə bitirərək Səmərqənd şəhərində Ali hərbi məktəbə daxil olub. 1987-ci ildə Dalnereçensk şəhərinə təyinatla göndərilir və 1992-ci ilin sonunadək burada qulluq edir. 1992-ci il oktyabr ayının 14-də Qubadlı rayon polis şöbəsinə rəis təyin edilib. Qubadlının müdafiəsinin təşkilində əsl hərbçi kimi xüsusi fəallıq göstərir. 1993-cü il avqust ayının 31-də Qubadlının müdafiəsi zamanı həlak olur.
    Bakı şəhərində “Şəhidlər xiyabanı”nda dəfn olunub.

     

     

    1951-ci il iyul ayının 26-da Tərtər rayonunun Təzəkənd kəndində anadan olub. 1970-1972-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidməti keçib. Sonra Daxili İşlər Nazirliyində polis nəfəri işləyir. 1976-cı ildə Mərdəkan polis məktəbinə oxumağa göndərilir. 1978-ci ildə həmin məktəbi bitirdikdən sonra təyinatla Tərtər Rayon Polis Şöbəsinə göndərilir və həmin vaxtdan bu şöbədə sahə müvəkkili işləyib. 1992-ci ildən isə əməliyyat müvəkkili vəzifəsinə keçirilib.
    Qarabağ müharibəsində Ağdərə bölgəsində ermənilərə qarşı aparılan döyüşlərdə iştirak edir. 1993-cü il aprel ayının 11-də ağır yaralanır və xəstəlikdən vəfat edir.
    Cəmilli kənd qəbristanlığında dəfn edilib.

    Müəllif: Redaktor, 09:26

    Teqlər:

İsmarıclar bağlıdır.