Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29May

    ÜZEYİR HACIBƏYLİ

    Azərbaycan professional musiqisinin və şərqdə ilk opera sənətinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli həm də istedadlı yazıçı, gözəl publisist kimi şöhrət qazanmışdır. 1918-1920-ci illərdə o, “Azərbaycan” qəzetində bir müddət parlament müxbiri işləmiş, sonra isə baş redaktor təyin edilmişdir. Qəzetdə baş redaktor olana qədər burada onun qələmə aldığı “Mühüm məsələlər”, “Tarixi günümüz”, “Milli parlaman”, “Nuri Paşa həzrətləri şərəfinə böyük bir ziyafət”, “Təəssürat” adlı silsilə siyasi-publisistik yazıları dərc edilmişdir.
    Üzeyir Hacıbəylinin bu dövrdə yazdığı məqalələri həmin illərin salnaməsi adlandırırlar.
    Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Üzeyir bəyi hədsiz sevindirirdi. O, məqalələrinin birində böyük ruh yüksəkliyi ilə yazırdı ki, artıq “yerimiz, yurdumuz, torpağımız özümüzün, hökumətimiz, camaətimiz, qoşunumuz özümüzün, dinimiz, ayin və adətimizə edilən şəmatdən qurtulduq”. Üzeyir bəyin nəinki milli operamızın yaradıcısı, hətta bir publisist kimi xidmətlərinin yüksək qiymətləndirilməsində və onun “Üzeyir dünyası” adlı toplusunun yüksək səviyyədə hazırlanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyeva dahi bəstəkar haqqında deyib: “Üzeyir irsi həqiqətən böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir”.

    Səbuhi KƏRİMOV,
    Mamırlı kənd tam orta məktəbinin
    müəllimi

    Müəllif: Redaktor, 14:17

    Teqlər:

İsmarıclar bağlıdır.