Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29May

    Bu il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam oldu. Prezident İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən cümhuriyyətin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edildi.
    Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında isə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib və bununla bağlı tədbirlər keçirilməkdədir.

    1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
    1918-ci il aprelin 22-də Zaqafqaziyanın müstəqil federativ respublika elan edilməsi bu ziddiyyətləri aradan qaldırmadı. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi və həmin gün gürcülər Gürcüstanın müstəqilliyini bəyan etdilər. Mayın 27-də Seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını yaratdı. Qızğın mübahisələrdən sonra Azərbaycanın dövlət müstəqilliyinin bəyan olunması haqda qərar və İstiqlal Bəyannaməsi qəbul edildi.
    Müsəlman Şərqində ilk parlament respublikası — Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin tə-şəkkül tarixi isə Azərbaycan Parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi.
    Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bolşevik-erməni talanlarından milləti xilas etmək üçün milli ordunun yaradılması Cümhuriyyətin ən bö-yük xidmətlərindən biri hesab edilməlidir. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı. 1920-ci il aprelin 28-də Sovet Rusiyasının təcavüzü nəticəsində suveren Azərbaycan dövləti süqut etdi.
    1991-ci ilin oktyabrında dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Xalqımız Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. O dövrü şərh edən ulu öndər Heydər Əliyev demişdir: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyr Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üç-rəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir… Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir”.
    Fəqət müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı, səriştəsizliyi az qala bu müstəqilliyin də əldən getməsinə gətirib çıxaracaqdı. Yalnız ulu öndərin sayəsində belə bir vəziyyətdə müstəqilliyimizi qorumaq mümkün oldu. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, xalqımızın azadlıq intibahının banisi oldu.
    Ölkəmizin hər bir guşəsində olduğu kimi, Tərtər rayonunda da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə geniş tədbirlər keçirilib. Diqqətəlayiq haldır ki, bu gün xalqımız azadlıq fədailərinin həyatını, şanlı tariximizi öyrənməklə, öz keçmişinə hörmət və ehtiram göstərir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:58

    Teqlər:

İsmarıclar bağlıdır.