Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn

    Azərbaycan xalqı böyük qürur hissi ilə Milli Ordumuzun 100 illik yubileyini qeyd edir. Xüsusən də biz veteranlar bu əlamətdar ildönümü münasibətilə fəxarət hissi keçiririk. Çünki biz yaxın keçmişimizdə orduda olan vəziyyəti yaxşı xatırlayırıq. Ordumuzun bugünkü gücünü, qüdrətini də görürük.
    Məlum olduğu kimi, hazırda Azərbaycanda onlarla hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal olunan hərbi məhsullarla təmin edilir. Son illərdə 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılıb. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu həm biz deyirik, həm Azərbaycan ictimaiyyəti bunu görür və bilir. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır”.
    Cəbhə bölgəsi olan Tərtərdə yaşadığımız üçün tez-tez hərbi hissələrdə olur, gənc əsgərlərlə görüşürük.
    Keçmiş döyüşçü, veteran kimi deyə bilərəm ki, bu gün ordumuzda xidmət edənlərin vətənpərvərliyi, döyüş ruhu yüksəkdir. Bunu Aprel hadisələrində qazandığımız qələbələr də göstərdi.
    Ordumuzun 100 illik yubileyi qeyd olunduğu bu əlamətdar günlərdə arzu edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Milli Ordumuz xalqımıza tam qələbə sevinci yaşatsın.

    Suliddin YUSİBOV,
    Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri

    Müəllif: Redaktor, 10:04

    Teqlər:

İsmarıclar bağlıdır.