Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn

    Tibb İşçilərinin Peşə Bayramı günü münasibəti ilə tədbir keçirildi.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Sonra dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.
    Sonra Mərkəzi Rayon Xəstə-xanasının baş həkimi Yaşar Hüseynov tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişindən və bu günündən danışdı.
    Rayon uşaq poliklinikasının şöbə müdiri Zəhra Əliyeva, Azadqaraqoyunlu kənd xəstəxanasının baş həkimi Tofiq Quliyev, şüa diaqnostika həkimi Oktay Əliyev də həmkarlarını təbrik etdilər.
    Tədbirdə işində fərqləndiklərinə görə bir qrup tibb işçisinə rayon icra hakimiyyəti başçısı tərəfindən fəxri fərman, qiymətli hədiyyələr və “Vətən Naminə” medalı təqdim olundu.

    Müəllif: Redaktor, 10:51

    Teqlər:

İsmarıclar bağlıdır.