Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn

    İyun ayının 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 602 nəfər şagird XI sinfi, 807 nəfər şagird isə IX sinfi bitirir.
    Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərinə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir Dövlət Bayrağının gətirilməsi, Dövlət Himninin səs-ləndirilməsi ilə başlandı.
    Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi proqramları, müəllimlərin, valideynlərin, məzunların çıxışları bir-birini əvəz etdi.
    “Son zəng” tədbirlərində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik edərək, onlara tövsiyələr verdi. Müstəqil Azərbaycanımızın gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu söylədi. Məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı məsləhət bildi, təhsil sahəsinə artan dövlət qayğısından danışdı və bu gün təhsilimizin inkişafına əlverişli zəmin yarandığını bildirdi. Rayon rəhbəri millətin gələcəyi olan təhsilin tərəqqisinə cənab Prezidentin xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdi.
    Çalınan “Son zəng” məzunları müstəqil həyata səslədi və tədbir iştirakçılarına xoş anlar yaşatdı.
    Qeyd: “Yeni Tərtər” qəzetinin əməkdaşlarından Svetlana Bağırova Hacıqərvənd, Əvəz Nəsirov Dəmirçilər və Buruc, Elfuzə Vəliyeva Şıxarx 2 saylı tam orta məktəblərində və şəhər 2 saylı məktəb-liseydə, Kənan Hüseynzadə şəhər 1, 5, 6, Umudlu, Seydimli kənd orta məktəblərində təşkil olunan “Son zəng” tədbirlərində iştirak etmişlər.

    Müəllif: Redaktor, 15:24

    Teqlər:

İsmarıclar bağlıdır.