Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    BƏRBƏR XALİQ

    Hansı peşənin sahibi olursanol çalışmaq lazımdır ki, o peşəni sevdirə biləsən və özün də ondan zövq alasan. Hamı da sənin işindən ağız dolusu danışıb, razılıq edər. Onda, belə insanlara işinin ustası deyilir. Məsələn, bərbər Xaliq kimi. Xaliq sadə peşə sahibi olsa da, onu tanıyanların hörmətini qazanıb.
    Xaliq Allahverdiyev Evoğlu kəndində doğulsa da, uşaqlığı doğma kəndində keçsə də, Tərtər şəhərində yaşayır və 20 ildən çoxdur ki, bərbər peşəsi ilə rayon əhalisinin xidmətində dayanır. Bərbərlik peşəsini hələ əsgərliyə getməmişdən əvvəl öyrənib. Ustası Füzuli öz sənətinin incəliklərini Xaliqə böyük həvəslə sevdirdiyindəndir ki, söz düşəndə onun adını fəxrlə çəkir, bərbər sənətini öyrənməsindən qürur duyur. Söyləyir ki, hər gün xeyli insan ona müraciət edir, hər biri də müxtəlif zövqlü. Hamı da Xaliqdən razılıq hissi ilə ayrılır.
    Xaliq Allahverdiyev Qarabağ Müharibəsi veteranıdır. O, 1992-ci il oktyabr ayının 13-dən “Tərtər” Özünümüdafiə Batalyonunda fitnəkar ermənilərə qarşı savaşıb. Çardaxlı, Lüləsaz, Madagiz, Sərsəng su anbarı, Qapanlı istiqamətlərində gedən döyüşlərdə Tərtərin mərd oğulları ilə birlikdə düşmənə qarşı vuruşub. Atəşkəs elan olunan vaxtdan özünümüdafiə batalyonundan tərxis olunub.
    1997-ci ildə rayon rəhbərliyinə müraciət edərək torpaq sahəsi alıb və işləmək üçün obyekt tikdirib. Həmin obyektin lazımi avadanlıqlarını öz gücü ilə təmin edib.
    Sadə peşəsi ilə fəxr edən Xaliq ailəsinin ehtiyaclarını bərbərlikdən qazandığı gəlirlə təmin etdiyini söyləyir. Oğlu Elçinin də atasının sənətini davam etdirdiyindən qürurlanır. Xaliqə öz sadə peşəsində yeni-yeni uğurlar arzulayırıq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:42

    Teqlər:

İsmarıclar bağlıdır.