Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25İyl

    ghghAlın yazısı

    “Torpaq uğrunda ölən varsa vətəndir.”- deyimini tez-tez işlədirik. Bu da əbəs deyil.Vətən, torpaq uğrunda canlarından keçib, şəhidlik zirvəsinə ucalanlar xalqın yaddaşına əbədi həkk olunur. Belə insanların adları nəsil-dən-nəslə ötürülür, onlar xalq arasında böyük ehtiramla yad edilirlər. Şəhidlik zirvəsinə ucalan insanlardan biri də Qasımov Habil Yusif oğludur.
    Habil 1970-ci ilin oktyabr ayında rayonumuzun Cəmilli kəndində anadan olmuşdur. Orta təhsilini yaşadığı kənd məktəbində almışdı. O, 1989-cu ildə o zamanki, Sovet ordusu sıralarında xidmət etmişdi. 1991-ci ildə hərbi xidmətdən tərxis olunmuşdu. Elə o illərdə də mənfur qonşu- larımız havadarlarının köməyinə arxalanaraq torpaqlarımızı işğal edirdilər. Buna dözməyən Habil də könüllü olaraq milli ordunun sıralarına yazıldı. Ağdərə istiqamətində gedən döyüş-lərdə mərdliklə vuruşdu. Dranbon kəndinə qədər döyüş yolu kecdi.1992-ci il avqust ayının 17-də Dranbon kəndi uğrunda gedən döyüşlərdə şəhid oldu.
    Deyirlər ki, gənc yaşlarında şəhidlik zirvəsinə ucalanlar qocalmırlar. İndi yaşasaydı Habilin 46 yaşı olardı. Amma zaman keçsə də, Habil onu tanıyanların xatirəsində elə 22 yaşındakı kimi qalıb.
    Qardaşı Aqilin dediklərindən: Biz ailədə 8 uşaq idik. 6 oğlan, 2 qız. Atam rəhmətlik Yusif kişi ailənin sonbeşiyi olan Habili uşaqların hamısından çox istəyirdi. Habil böyüyün, kiçiyin yerini bilən, ötkəm danışıqlı, qorxmaz bir gənc idi. Qismət olmadı valideynləri onu doyunca görüb sevsinlər. Amma bu gün Habil kimi oğullarla bütün xalqımız fəxr edir. Yəqin ki, bu da bir alın yazısı imiş… Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 08:34

    Teqlər:

İsmarıclar bağlıdır.