Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    Narkotik vasitə kimi tanıdığımız bu maddədən dünyada milyonlarla, ölkəmizdə minlərlə insan əziyyət çəkir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, narkotik vasitələrə düçar olan insanların əksəriyyəti gənclərdir. Onların arasında yeniyetmələr və yaşlı nəsilin nümayəndələri ilə də qarşılaşmaq mümkündür. Narkotikanın toruna düşənlərin sayı günü-gündən sürətlə artır.
    Mənim məqsədim, bir polis əməkdaşı olaraq bu təhlükəni gənclərə çatdırmaqdır. Narkotikdən asılılıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə başlayır. Lakin onun caynaqlarından qurtarmaq çox az adama nəsib olur.
    Narkotik ilk növbədə insanın sağlamlığına ziyan vurur. O, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün tükənməsinə gətirib çıxarır. Bu, insanda mərkəzi sinir sisteminə mənfi təsir göstərən və tez bir zamanda asılılıq yaradan bir maddədir ki, o, insanın xarici görkəminə də təsir göstərərək, onu tanınmaz hala gətirib çıxarır.
    Əsrimizin bəlası olan narkotik vasitə ilə bağlı tərəfimizdən dəfələrlə şəhər 1, 6, 3, 5 saylı və Seydimli, Cəmilli, Buruc, Xoruzlu kənd tam orta məktəblərində şagird və müəllimlərlə görüşmüş, bu barədə ətraflı söhbətlər aparmışıq. Bundan başqa, Tərtər RPŞ-nin rəisi, polis polkovniki Rauf Məcidovun rəhbərliyi ilə polis əməkdaşlarının, təhsil, səhiyyə işçilərinin, valideyn və şagirdlərin iştirakları ilə narkotikin törətdiyi fəsadlar barədə diskussiya şəklində geniş tədbir keçirilmişdir. Ancaq təəssüf hissi ilə qeyd edirəm ki, bu gün hamımızın ehtiyat etdiyimiz və hər kəsin ondan uzaq durmasını istədiyimiz narkotik vasitənin rayonumuzda da qurbanları var. Belə ki, mərkəzi rayon xəstəxanasında rəsmi qeydiyyatda narkotik vasitənin aludəçisi olan tərtərlilərin sayı 111 nəfərdir. Çox təəssüflə qeyd etmək istəyirəm ki, qeydiyyatda olanların 2 nəfəri qadın, 1 nəfəri yeniyetmədir.
    Ümumbəşəri bəla olan narkotik vasitələrlə mübarizə aparmaq təkcə polis əməkdaşlarının deyil, hər kəsin vətəndaşlıq borcudur.

    Ceyhun ƏLİYEV,
    rayon polis şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru

    Müəllif: Redaktor, 10:44

    Teqlər:

İsmarıclar bağlıdır.