Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    Birinci dəfədir ki, məqaləmi bədbin notlar altında yazıram. Yazdıqca da qəlbim kövrəlir, göz yaşlarım sözümə baxmır. Çünki elə bir insan, elə bir müəllim haqqında yazıram ki, tarix bir kənd, bir el üçün belə şəxsləri çox nadir hallarda yetişdirir.
    1954-cü ildə Tərtər rayonunun Evoğlu kəndində, sayılıb-seçilən, təhsilə önəm verən bir ailədə –Çərkəz kişinin ocağında dünyaya göz açmışdı Fiqurə müəllimə. Öz doğma kəndində orta məktəbə getmiş, oranı bitirmiş və ali məktəbə qəbul olmuşdur. Ali təhsilini əvvəlki APİ-nin kimya-biologiya fakültəsində almışdır. 1978-ci ildə oranı bitirib, kimya-biologiya müəllimi kimi fəaliyyətə başlamışdır.
    40 illik müəllimlik fəaliyyətində kollektivdə elə bir müəllim olmamışdır ki, ondan doğmalıq, nəvaziş və səmimiyyət görməsin. Müəllimlərlə bərabər, şagirdlərin də doğması idi. Ona görə doğması deyirəm ki, o, müəllimliklə bərabər, həm də uşaqlara ana qədər yaxın idi. Mülayim xasiyyətli, gülərüzlü, hər kəsi başa düşən insan idi Fiqurə müəllimə.
    Əgər fələyə sinə gərsəydi, heç vaxt dərs dediyi İsmayılbəyli kənd tam orta məktəbinin müəllim və şagird kollektivini gözü yaşlı qoymazdı. Əgər əcələ qalib gəlsəydi, 2 ildən sonra 65 illik yubileyini bütün müəllim kollektivi böyük həvəslə qeyd edəcəkdi.
    Heyf… Çox heyf ki, həm onun, həm də bizim arzularımız yarımçıq qaldı. 2018-ci ilin cəmi 26 gününü yaşadı. İllərdən bəri yumruq boyda olan ürəyində qalaqlanan–cavan həyat yoldaşının bu dünyadan köç etməsi, körpə balalarına həm ata, həm ana olması, onların hər birinə təhsil verməsi, yeganə oğlunu evləndirməsi, dörd qızını köçürüb ailə-uşaq sahibi etməsi kimi ağır, məsuliyyətli işlər bu ürəyə vaxtsız hökm etdi. Bir vaxtlar övladları üçün, nəvələri üçün, eli üçün döyünən ürəyi qəfil dayandı.
    O, gözəl ailə başçısı, fəxr ediləsi zəhmətkeş, fədakar ana, nəvələrə həmdəm, arxa, dayaq olan bir nənə idi.

    Nailə RƏHİMLİ,
    İsmayılbəyli kənd tam orta məktəbinin ingilis dili müəllimi

    Müəllif: Redaktor, 10:47

    Teqlər:

İsmarıclar bağlıdır.