Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    ÜÇ RƏFİQƏ–NİGAR, ŞƏHANƏ, AYSEL

    Onlar kollektivin gənc üzvləridirlər. Həm də bu rəfiqələr yazılarımızın ilk oxucularıdır: Nigar, Şəhanə, Aysel.
    Nigar baş redaktorun köməkçisi, Şəhanə ilə Aysel kompüterçi kimi çalışırlar. Hər üçü redaksiyanın bütün işlərini kompüterdə görmək bacarığına malikdirlər. Biri çətinə düşəndə, o biriləri köməyə çatır. Materialların çapdan çıxması, qəzetin səhifələnməsi, mühasibat sənədlərinin düzgün yazılması, “Yeni Tərtər” qəzetinin elektron saytının vaxtında və dəqiq işlənməsi, ümumiyyətlə redaksiyadakı bütün iş proseslərinin kompüter vasitəsi ilə görülməsi məhz bu rəfiqələrin zəhmətinin bəhrəsidir. Öhdələrinə düşən işi layiqincə görüb başa çatdırmayanadək kompüterlərdən ayrılmazlar. Baş redaktorun verdiyi bütün tapşırıqlar vaxtında yerinə yetirilir. Kollektivdə hər birinin xətir-hörməti və nüfuzu vardır. Biri işdə olmayanda digər ikisi səbr və təmkinlə yoldaşlarını əvəz edərlər ki, narahatçılıq yaranmasın. Onlar etibarlı rəfiqədirlər: Nigar, Şəhanə, Aysel.
    Nahar fasiləsində bu qızları heç ayrı görmək olmaz. İstirahətlərini birlikdə edərlər, şəxsi qayğılarını üçlükdə bölüşərlər. Sirlərini yalnız öz aralarında açarlar. Pıçha-pıçla deyilən sözü dördüncü nəfər eşidə bilməz. Özlərindən böyüklərin hansısa bir nəfəri onlara tərəf gələrsə, hörmət əlaməti olaraq sakitcə ayağa qalxarlar. Bir-birilərinə çox sadiq rəfiqələrdi Nigar, Şəhanə, Aysel.
    Elə mən də onlardan ayrı-ayrılıqda yazı yazmaq istəmədim. Hər üçü sevgiyə, xoşbəxtliyə, hörmətə layiqdir.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 11:16

    Teqlər:

İsmarıclar bağlıdır.