Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03Okt
    Xəbərlər ANIM GÜNÜ MÜNASİBƏTİ İLƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB üçün şərhlər bağlıdır

    27 sentyabr–Anım Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində Tərtər-Ağdərə avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, İƏD üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərin xatirəsini ehtiramla anıblar.
    Aksiya çərçivəsində 180 ədəd eldar şamı əkilib, ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb.

  • 03Okt
    Xəbərlər Şəhid anası Səadət Bağırova evində ziyarət edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyənin Medicalpark Xəstəxanasında ürək əməliyyatı keçirən anası Səadət Bağırovanı evində ziyarət edib.
    İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. Qeyd edib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəs fəxr edib, qürur duyur. Azərbaycan xalqı və dövləti var olduqca şəhid-lərimiz də qəlblərdə əbədi yaşayacaq.
    Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
    Mirsədi Bağırlı 2000-ci ilin iyun ayının 12-də Tərtər şəhərində anadan olub. O, 2020-ci ilin 17-18 avqustunda Azərbaycan –Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin mövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Hadrutun və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub. Daha ətraflı »

  • 03Okt
    Xəbərlər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər üçün şərhlər bağlıdır

    Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını və Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd ediblər.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev və rayon prokurorluğunun əməkdaşları ilə birlikdə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, onun abidəsinin önünə gül dəstələri düzüblər.
    Sonra tədbir rayon prokurorluğunun inzibati binasında davam etdirilib.
    Tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, Ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə doğma ölkəmizin tərəqqisi və yüksəlişi, dövlətçiliyimizin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində onlara şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Daha ətraflı »

  • 19Sen
    Ədəbiyyat, Xəbərlər OXUCULARIMIZIN YARADICILIĞI üçün şərhlər bağlıdır

    UŞAQLIQ İLLƏRİ

     

    O ötən illərdə biz də, ay ata,
    Gedərdik məktəbə çiynində çanta,
    Yığışıb məktəbin çölündə-orda,
    Uşaqlar birlikdə idman edərdi,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
    Evə çatıb hazır yemək tapardıq,
    O yeməyə min cürə naz satardıq,
    Evi dağıdardıq, sonra yığardıq,
    Anamızı incidib, söylədərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
    O zamanlar gözəl anam var idi,
    Hər işimdə mənə dəstək, yar idi,
    Maaşım məqaləmə qonorar idi,
    Nübar müəllimlə şeirləşərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
                                                   Vəfa Quliyeva
    Dərs qurtaranda qanad açardıq,
    Qəfəsdən quş kimi çölə uçardıq,
    Fantaldan bir ovuc sudan içərdik,
    Susuz olmasaq da, adətkər idik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
    Dirrikdə, sahədə, evdə işlərdik,
    Bir-birimizin paylarını dişlərdik,
    Dostluq qurub ikilərdik, üçlərdik,
    Kitab oxuyub mübahisə edərdik.
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
     

    Özümüzə məsafələr qoyardıq,
    Təpənin başına əvvəl çatardıq,
    Sarı darvazaya kimi qaçardıq,
    Yol qırağı meyvələrdən dərərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!

     

    Yalnız böyüməkdi böyük dərdimiz,
    Gündəlik “5”lərə qəpik şərtimiz,
    Şahmatı oynardıq evdə dördümüz,
    Atamızdan tərəfkeşlik istərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!

  • 11Sen
    Xəbərlər Rayon rəhbərinin səyyar qəbul-görüşləri üçün şərhlər bağlıdır

    Əlaqədar qurumlara tapşırıqlar verilib

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İƏD üzrə nümayəndəliyin Bayandur kəndində keçirilib.
    Qəbulda YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iş-tirak ediblər. Əvvəlcə icra başçısı məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş xatirə löv-həsinin önünə gül-çiçək dəstələri düzüb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Bayandur kəndində görülən işlərdən, sakinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
    Qeyd olunub ki, Bayandur kəndinin 219 hektar ərazisi, 140 təsərrüfatı, 616 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 ticarət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 224 baş iribuynuzlu, 400 baş xırdabuynuzlu heyvan, 3400 baş quş, 30 arı ailəsi saxlayırlar.
    Son üç ildə Bayandur kəndində kəndarası yollar 1 km məsafədə təmir olunub, su arxları 1 km məsafədə lildən təmizlənib, suvarma suyu üçün 1 ədəd subartezian quyusu qazılıb, kənd ərazisində 1000 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb. Daha ətraflı »

  • 11Sen
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Tərtər-Suqovuşan avtomobil  yolunun ətrafı təmizlənib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər-Suqovuşan avtomobil yolunun ətrafında təmizlik aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin kollektivləri aktiv iştirak edib.

  • 29Avq
    Xəbərlər 14 ədəd söhbətgah tikilib üçün şərhlər bağlıdır

    Son zamanlar şəhərimizdə xeyli dəyişikliklər olub. Şəhər ərazisində yerləşən binaların qarşısında sakinlərin, uşaqların rahat çıxıb dincəlmələri, söhbət etmələri üçün söhbətkahlar düzəldilib. 2022-ci ildə ümumilikdə 7 ədəd söhbətgah tikilib. Nizami küçəsində yerləşən 40a, 40b, 40, 40q binalarının qarşısında 3 ədəd, V. Həsənov küçəsində yerləşən çoxmənzilli binaların qarşısında 2 ədəd, Ədalət Paşayev küçəsində yerləşən çoxmənzilli binaların qarşısında 2 ədəd söhbətgah tikilib istifadəyə verilib.
    Bu işlər 2023-cü ildə də davam etdirilib. Belə ki, yaşayış binalarının qarşısında 4 ədəd söhbətgah tikilib sakinlərin istifadəsinə verilib. Nizami küçəsində yerləşən 2 mərtəbəli yaşayış binalarında 1 ədəd, N. Nərimanov küçəsindəki 2 mərtəbəli yaşayış binalarının qarşısında 1 ədəd söhbətgah tikilmişdir. Daha ətraflı »

  • 26Avq
    Xəbərlər İki nüfuzlu dövlət rəsmi müttəfiq oldular üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri zamanı mətbuata bəyanat verib.

    Qeyd olunub ki, Prezident İlham Əliyevin son iki ildə Özbəkistana beş səfəri olmuşdur.

    Dövlət başçısı bildirib ki, müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.

    Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.

    Biz həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik.

    Daha ətraflı »

  • 16Avq
    Xəbərlər Keçmiş döyüşçü ziyarət olunub üçün şərhlər bağlıdır

    Rayon rəhbəri Bala Kəngərli kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Abbasov Əkrəm Əşrəf oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, Əkrəm Abbasov Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından Ağdərə Rayon Polis Şöbəsinin əməkdaşı olaraq döyüşlərə qatılmış, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə həmin istiqamətdə düşmənin atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
    Əkrəm Abbasova müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmişdir.

     

  • 16Avq
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Bu istiqamətdə rayonda görülən işlər müzakirə edilib, yeni hədəflər müəyyənləşdirilib

    Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində İƏD üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov iqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən birinə çevrildiyindən danışıb. Ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyiş-mələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini qeyd edib. 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirərək, bu il çərçivəsində ötən müddət ərzində Tədbirlər Planına uyğun olaraq Tərtər rayonunda görülən işlər haqqında ətraflı məlumat verib.
    Sonda rayon rəhbəri Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verib.