ÖVLADLARINIZA QARŞI DİQQƏTLİ OLUN, ƏZİZ VALİDEYNLƏR!
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemindən birinə çevrilən narkomaniyanın əzabını yaşamaqdadır.
Ölkəmizdə də bu bəlaya qarşı dövlət səviyyəsində ciddi tədbirlər görülür. Təəssüf ki, hələ də gənclər arasında narkomanların sayı azalmır. Xüsusilə bəzi qadınların narkotik istifadəcisi olması heç bir məntiqə sığmır.
Bütün bunlar barədə rayon polis şöbəsinin Mayıl Qədimov adına 96 saylı Tərtər ilk peşə ixtisas məktəbinin kollektivi ilə keçirdiyi görüşdə ətraflı söhbət gedib. Tədbiri məktəbin direktoru Faiq Məmmədov açıb.
Rayon polis şöbəsinin rəisi Elçin Qasımov əvvəlcə tədbir iştirakçılarına dünyada və ölkəmizdə nar-komaniya ilə mübarizə sahəsində aparılan tədbirlər haqqında geniş məlumat verib. Həmçinin qeyd olu-nub ki, rayon polis şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində son günlərdə rayonumuzda bir neçə narkotik istifadəçisi tutularaq istintaqa cəlb olunub. Acınacaqlı haldır ki, onların arasında qadın da var. Daha ətraflı »
Yeni ismarıclar