Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr
    Digər VETERANLARIMIZ üçün şərhlər bağlıdır

    MÜHARİBƏ ÖLÜMDÜR

    Nəsimi Yusibov 1974-cü ildə Tərtər rayonunun Səhlabad kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə tam orta məktəbi bitirib. 1992-ci ilin sentya-brında həqiqi hərbi xidmətə çağırılıb. O zaman arxa cəbhədə 5 ay hərbi təlimlər keçəndən sonra 1993-cü ilin fevralında Ağdərə, Ağdam istiqamətlərindəki döyüşlərdə iştirak edib.
    Nəsimi ilə redaksiyada söhbət edirik. Deyir ki, ilk vaxtlar “Tərtər-1” və “Tərtər-2” batalyonlarının tərkibində döyüşlərə qatılmışam. İlk dəfə məni batalyona rəhmətlik Vəzir Orucov qəbul etdi. Keçdiyim təlimlər zamanı avtomat, pulemyot və qumbaraatan silahlardan yaxşı istifadə etməyi öyrənmişdim. Lüləsaz istiqamətində gedən döyüşlərdə ermənilərin 4 tankını ələ keçirdik. Həmin tankların birini qumbaraatanla mən vurmuşam. O zaman indiki Azərbaycan Bayrağı ordenli Nizami Heydərovla, İnqilabla, Himayətlə birgə döyüşmüşəm. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    Əziz balalarımız Hilal və Duyğu! Dünyaya gəlişinizlə ocağımıza yeni təravət gətirdiniz, tükənməkdə olan gülüşümüzü qaytardınız. Dünyadan vaxtsız köçmüş babanızın arzusunu göyərtdiniz. Bizim yaz nəfəsli, bahar təravətli fidanlarımız, ad gününüz mübarək olsun! Ata-analı böyüyəsiniz! Elimizin, vətənimizin layiqli övladları olmağınızı, dərddən, qəm-qüssədən uzaq yaşamağınızı Ulu Tanrıdan diləyirik. Doğmalarınızın və Sizi sevənlərin fəxrinə, qüruruna çevriləsiniz!

     

    Sizi ürəkdən sevən Ebiniz və bütün doğmalarınız

    Teqlər:

  • 29Mar
    Digər TƏBRİK EDİRİK üçün şərhlər bağlıdır

    Qəzetimizin yaxın dostu, həmyerlimiz, texnika elmləri doktoru, professor Rasim Fərrux oğlu Axundovu mənalı ömrünün 80-ci ili münasibəti ilə təbrik edir, ona cansağlığı, elmi işlərində uğurlar və rahat həyat arzulayır!

    “Yeni Tərtər” qəzeti
    redaksiyasının kollektivi

    Teqlər:

  • 29Mar
    Digər 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR üçün şərhlər bağlıdır

    BƏŞƏRİYYƏT ÜÇÜN TƏHLÜKƏLİ MİLLƏT

    Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxardı. Ermənistan onu himayə edən dövlətlərin birbaşa hərbi yardımı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı rayonları işğal etdi.
    Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri işğal edilmişdir. Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri işğal altındadır. 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Digər ERMƏNİ XİSLƏTİNİN TƏZAHÜRLƏRİ üçün şərhlər bağlıdır

    Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır.
    Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
    XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göy-çay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Digər BİLAL BAXŞALI OĞLU MAHMUDOV üçün şərhlər bağlıdır

    Bilal Baxşalı oğlu Mahmudov ömrünün 89-cu ilində vəfat edib.
    O, 5 may 1929-cu il tarixdə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. 1947-ci ildə Evoğlu kənd orta məktəbini, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsini bitirib.
    1958-ci ilə qədər təhsil sistemində müxtəlif vəzifələrdə çalışıb. 1958-1959-cu illərdə Mirbəşir (Tərtər) Rayon Komsomol Komitəsinin birinci katibi, 1960-1962-ci illərdə rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri və raykomun ikinci katibi, 1963-1969-cu illərdə Bərdə və Mirbəşir rayonlarında Nəzarət Komitəsinin sədri, 1970-1973-cü illərdə Mirbəşir Rayon Partiya Komitəsinin üçüncü katibi vəzifələrində fəaliyyət göstərib. 1974-1978-ci illərdə Balakən rayon, 1979-1983-cü illərdə Kürdəmir partiya komitələrinin birinci katibi olub. 1984-1995-ci illərdə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 1996-cı ilin fevral ayından respublika əhəmiyyətli fərdi pensiyaya çıxıb. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Digər NOVRUZ BAYRAMINIZ MÜBARƏK! üçün şərhlər bağlıdır

    Sizi əziz Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və uğurlar arzulayıram. Novruz bayramı mənşəyini uzaq keçmişimizin ən dərin qatlarından alıb Azərbaycan xalqının mənəviyyat aləminin zənginliyini günümüzədək layiqincə yaşadır. Tanrının misilsiz hikmətlə yaratdığı təbiətə sonsuz sevgi və yüksək ehtiramın parlaq təzahürü olan bu bayramda ulu babalarımızın minilliklərin sınağından çıxmış həyat fəlsəfəsi dolğun təcəssümünü tapıb.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 14Mar
    Digər 98 İLDƏ KEÇİLƏN YOL üçün şərhlər bağlıdır

    Bu günlərdə Qızıl Aypara cəmiyyəti yaranmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirildi.
    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoydular.
    Sonra tədbir Qızıl Aypara Cəmiyyəti Tərtər Rayon bölgəsində davam etdirildi. Mərasimi giriş sözü ilə açan bölmənin sədri Etibar Heydərov geniş məruzə ilə çıxış etdi və görülən işlərdən danışdı. Bildirdi ki, hazırda QAC Tərtər bölməsinin 35 nəfər üzvü var. Burada cəmiyyətin hər bir üzvü üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır.
    Yığıncağa Etibar Heydərov yekun vurdu.

    Teqlər:

  • 14Mar
    Digər 11 APREL 2018-ci İLDƏ KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNDƏ SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİN KEÇİRİLMƏSİ VƏ SEÇKİQABAĞI TƏŞVİQAT İŞLƏRİNİN APARILMASI İLƏ BAĞLI RAYONUN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ MÜƏYYƏNLƏŞDİRİLMİŞ AÇIQ VƏ QAPALI YERLƏRİN SİYAHISI üçün şərhlər bağlıdır

    95 saylı Tərtər Seçki Dairəsi üzrə:
    Tərtər şəhəri
    Qapalı şərait üçün Mədəniyyət mərkəzi
    Açıq şərait üçün Tərtər şəhər stadionu
    Təşviqat üçün Seçki məntəqələri ərazisində
    quraşdırılmış lövhələr
    Azad Qaraqoyunlu kənd İƏD-nin Azad Qaraqoyunlu kəndi
    Qapalı şərait üçün Müvafiq yer yoxdur
    Açıq şərait üçün Poçt binasının qarşısındakı meydan
    Təşviqat üçün Seçki məntəqəsi ərazisində
    quraşdırılmış lövhə
    Azad Qaraqoyunlu kənd İƏD-nin İlxıçılar kəndi
    Qapalı şərait üçün Müvafiq yer yoxdur
    Açıq şərait üçün Kəndin mərkəzindəki meydan
    Təşviqat üçün Seçki məntəqəsi ərazisində
    quraşdırılmış lövhə Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMIDIR üçün şərhlər bağlıdır

    Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir.

    Heydər Əliyev,
    Ümummilli Lider

    Qədim zamanlardan bəri vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüz illər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatı-mızda mövqeyini və simasını müəyyən edir.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər: