Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Sen
    Digər Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib.

    Dövlət başçısı bildirib ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.

    Qeyri-neft sektorunun inkişafında müsbət tendensiyanı qeyd edən Prezident bildirib ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik.

    Neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək.

    Bildirilib ki, hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Neft-qaz sahəsində templər müsbət olacaqdır.

    Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Daha ətraflı »

  • 27Sen
    Digər 4 İL ƏVVƏL, SENTYABRIN 27-də, VƏTƏN MÜHARİBƏSİ BAŞLADI üçün şərhlər bağlıdır

    Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    Hər bir addımın son məqsədi 20 Sentyabr–Dövlət Müstəqilliyi Günü idi

    20 sentyabr 2023-ci il tarixində qəhrəman Azərbaycan Ordusu ölkəmizin dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha gös-tərdi.
    44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur.
    Prezident İlham Əliyev deyib ki, mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.
    Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik.
    İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Daha ətraflı »

  • 27Sen
    Digər, Təhsil Dərs ili sevincli hadisələrlə başladı üçün şərhlər bağlıdır

    Cari tədris ili məktəbimizin kollektivi üçün sevincli hadisələrlə yadda qaldı. Belə ki, dərslərə Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan binada başladıq. Məktəb binasının özü ilə yanaşı, bütün avadanlıqlar da yenilənib. Sinif otaqlarında, idman zalında, fizika laboratoiyasında uşaqların yaxşı oxumaları və sağlam böyümələri üçün hər cür şərait yaradılıb.
    Qeyd edim ki, şagirdlərimizdə elmə olan maraq çox yüksəkdir. Cari ildə məktəbi bitirən 18 məzundan 9-u universitetlərə, 2-si kolleclərə, 1 nəfər isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub.
    Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə olmasını, burada tələbələrlə görüşünü də maraqla izlədik. Qürur hissi ilə bildirmək istəyirəm ki, məktəbimizin bir məzunu hazırda bu universitetdə təhsil alır.
    Universitetdə çıxışı zamanı dövlətimizin başçısı vətənpərvərlik tərbiyəsində iki amili xüsusilə vurğuladı – ailə və müəllim. Çoxillik müəllimlik təcrübəm bu sözlərin nə qədər düzgün olduğunu təsdiqləyir. Daha ətraflı »

  • 27Sen
    Digər 27 Sentyabr – Anım Günü üçün şərhlər bağlıdır

    “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”

    Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev

    Müharibənin qaçılmazlığı

    Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edir.

    Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.

    Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Daha ətraflı »

  • 27Sen
    Digər Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edib.

    Dövlət başçısı bildirib ki, builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir.

    Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir.

    Prezident deyib ki, ikinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır.

    Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik.

    Diqqətə çatdırılıb ki, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz. Daha ətraflı »

  • 23Sen
    Digər Hər bir addımın son məqsədi 20 Sentyabr–Dövlət Müstəqilliyi Günü idi üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında iştirak edib. Dövlət başçısı Universitetin tələbələri ilə görüşdə çıxış edib.

    Prezident İlham Əliyev deyib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu ölkəmizin dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

    Qeyd olunub ki, Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.

    44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atmamışıq, Daha ətraflı »

  • 19Sen
    Digər 19-20 sentyabr 2023-cü il tarixli antiterror hadisələri zamanı azad edilən DİLBƏR GUŞƏLƏRİMİZDƏN DAHA BİRİ-BALLIQAYA KƏNDİ üçün şərhlər bağlıdır

    Qədim Alban irsini özündə ehtiva edən, tari-xin cansız şahidlərindən daha biri olan Ballıqaya kəndinin keçmişi və bu günü olduqca maraq doğurur.

    Ballıqaya (əvvəlki adı: Kiçan) oykonimi Xankəndi rayonu ərazisində, Xaçınçayın sol sahilində yerləşən qədim Ballıqaya kurqanlarının adından yaranmışdır. Etimologiyaya görə qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. Sahəsi 674 hektardır. Əsas məşğuliyyət maldarlıq və əkinçilik olmuşdur. Kənddə orta məktəb, klub, yardım stansiyası və s. mövcuddur.
    Daha qədim mənbələrdən biri isə onu deməyə əsas verir ki, ərazi alban ərazisi olduğu üçün Ballıqaya oykonimi burada məskunlaşmış bal tayfasından adını almış etnotoponimdir. Bir qədər tarixə ekskurs edək. Nəzərinizə çatdırım ki, mənbənin bu hissəsi olduqca maraqlıdır:
    Yazılı mənbələrdə ballar ilə Artsax arasında IX əsrdə baş vermiş hərbi toqquşma-lar qeydə alınmışdır. Çox güman ki, bu toqquşmalar ballar öz heyvan sürülərini dədə-babalarına məxsus olan Artsax yaylaqlarına sürdükləri zaman baş verirdi. Belə hərbi münaqişələrin birində Amaras vilayəti çox böyük dağıntılara məruz qalmışdı. Lakin sonralar bal – Artsax münasibətləri diplomatiya yolu ilə nizamlanmışdı. Gəncəsər məbədində 1266-cı ildə həkk edilmiş yazıdan məlum olur ki, Artsaxın alban hökmdarı Həsən Cəlal Bal hökmdarının nəvəsi Mamkan ilə evlənmiş, bu nigahdan onların Atabəy adlı oğulları dünyaya göz aç-mışdı. Həmin Atabəy atasının ölümündən sonra Artsax hökmdarı olmuşdu. Daha ətraflı »

  • 18Sen
    Digər 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı ərazi bütövlüymüzün tam bərpası ilə yekunlaşdı üçün şərhlər bağlıdır

    2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir.

    İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur.

    Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır.

    Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. Daha ətraflı »

  • 11Sen
    Digər Bu barədə düşünmək lazımdır üçün şərhlər bağlıdır

    UŞAQLARDA AQRESSİYA NƏDƏN YARANIR?

    Son zamanlar biz anaların uşaqlarda ən çox narahat olduğumuz, şikayətləndiyimiz vəziyyətlərindən biri də bir anda onların dəyişməsi, aqressiv olması, nəyisə töküb dağıtmaları, qırmalarıdır. Bəzən anlaya bilmirik ki, nə baş verir? Bu zaman nə etməliyik və ya buna səbəb nə olur? Axı, hər şeyin bir səbəbi olur. Uşaqlarda aqressiyanı yaradan səbəb nədir?
    Hər bir şeyin başlanğıcı ailədən gəlsə də, bəzən ətarf mühitin də zərərli tərəfləri uşaqlara təsir göstərə bilir. Xüsusilə uşaqların aqressiv olmaları tək ailəylə bağlı deyil. Bəzən biz analar bunu dərk edə bilmirik. Həyatın qovhaqovunda uşaqlarımıza lazımınca önəm verə bilmirik, onlarla bolluca zaman keçirə bilmirik. Çöldəki problemlərimizi evə qədər gətirib çıxarırıq və övladlarımız da buna şahid olur.
    Bəzən isə bu, tək ailəylə, mühitlə bağlı olmur, sırf uşağın özüylə bağlı olur. Ümumiyyətlə, uşaqlarda aqressiya, gərginlik kimi hallar onlar özlərini ifadə edə bilməyəndə də baş verir. Məsələn, hələ danışa bilməyən uşaq nəyisə deyə bilmir, başa salır, valideyn onu anlamayanda isə o əsəbləşir. Başlayır ağlamağa . Yaş sindromlarında da aqressiya özünü büruzə verir. Ən çox 3 yaş sindromunda bunu görürük. Bu yaşda uşaq daha çox öyrənməyə meylli olur. Uşağımızın marağı və bizim “olmazımız” arasında qarşıdurma yaranır. Biz valideynlər bunun həllini tapa bilmədikdə uşaqda qəzəb hissi yaranır. Belə olanda uşaq aqressivləşir. Yeniyetməlik yaş sindromları da bəzən bunlardan qaynaqlanır. Mühit dəyişkənliyi olanda da belə hallar olur. Bizim üçün adi gələn şeylər uşaqlar üçün bəzən ağır olur. Yaxın adamını itirməyin, ev dəyişmənin, nənə-babayla yaşayan bir uşağın birdən-birə onlardan ayrılmasının təsiri olur. Öyrəşdiyi əşyalar, evin qoxusu, təbii ki, bu, onu narahat edir. Əvvəl vərdiş etdiyi, oynadığı oyuncaqların yeri dəyişir və onu tapmayanda aqressivləşir, ətrafına, bəzən də özünə zərər verir. Başlayır oyuncaqlarını qırmağa və ya evdə hansısa əşayaya ziyan vurur. Bəzən valideynlərini dişləyir, çimdikləyir, qışqırır. Bu, bizə o qədər də ağır gəlməsə də, bir uşağın düşüncəsi üçün ağır olur. Daha ətraflı »

  • 11Sen
    Digər Bizə yazırlar üçün şərhlər bağlıdır

    Uşaqlar üçün yeni istirahət məkanı

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhər və rayonlarımızda quruculuq və bərpa işlərinin aparılmasına dair tapışırıq və müvafiq göstərişlərinə əsasən Tərtər rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla aparılır.
    Həmçinin insanların vaxtlarının səmərəli keçməsi üçün binaların qarşısında söhbətgah, oturacaqlar, müxtəfil növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılır. Ötən günlərdə 4 nömrəli uşaq bağçasının və əlillərə inşa edilmiş binanın yanında uşaqlar üçün yeni istirahət məkanı salınıb. Burada uşaqların əylənməsi, oynaması üçün hər cür şarait yaradılıb. Buranın açılışı ən çox uşaqları sevindirir. Valideynlər bildirirlər ki, bizim küçəmiz şəhər mərkəzindən biraz uzaqdadır. Ona görə hər dəfə uşaqlarımızı oradakı parka apara bilmirdik. Bu məkanın yaradılması bizi bu problemdən azad etdi. Digər valideynlər də mənim kimi çox razıdırlar. Küçə sakinləri adından dövlətimizə, rayon rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Əziyyəti keçən hər kəsə təşəkkür edirik.

    Nərgiz Şükürova