Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyl
    Şəhidlər İcra başçısı birinci Qarabağ Müharibəsi şəhidi Habil Abdullayevin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Abdullayev Habil Kalam oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

    Görüşdə rayon rəhbəri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin qəhrəmanlığından söhbət açıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışıb. Xalqımızın şəhidlərin qəhrəmanlığını heç zaman unutmadığını və unutmayacağını bildirib. İstər birinci Qarabağ Müharibəsi, istərsə də Vətən Müharibəsi şəhidlərinin ailələrinə dövlət tərəfindən hər zaman xüsusi diqqəti və qayğının olduğunu vurğulayıb, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması və sosial problemlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını, onların həlli istiqamətində mühüm işlər görüldüyünü bildirib. Daha ətraflı »

  • 29İyl
    Şəhidlər Rayon rəhbəri 85 yaşlı şəhid anası Bəsirə Nuruyevanı ad günü ərəfəsində ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov  birinci Qarabağ müharibəsi şəhidi-Nuruyev Rafiq Əli oğlunun anası Bəsirə xanımla onun ad günü ərəfəsində  görüşüb, şəhid anasını 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını bildirib. İcra başçısı bütün şəhid analarının baş tacımız olduğunu, Vətənə layiqli, vətənpərvər oğullar böyütdükləri üçün onların da Vətən qədər əziz olduqlarınını vurğulayıb, anaya rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.

    Şəhid Nuriyev Rafiq Əli oğlu 1969-cu il may ayının 26-da Tərtər şəhərində anadan olub. Tərtər şəhər 6 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra 1987-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə gedib. 1989-cu ildə hərbi xidmətdən qayıdaraq Bakıda Səttarxan adına zavodda işləməyə başlayıb. Qarabağ hadisələri başlanan vaxtdan erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşiliklərə dözməyərək düşmənə qarşı döyüşmək əzmi ilə 1991-ci ilin noyabr ayında könüllü olaraq milli Ordu sıralarına yazılıb. İlk Azərbaycan batalyonunun tərkibində Kərkicahan və Malıbəyli kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatında şəhid olub. Subay idi.

    Bəsirə Nuruyeva ona, bütün şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 20İyn
    Şəhidlər Şəhid ailələrinə, qazilərə qayğı həmişə diqqət mərkəzindədir üçün şərhlər bağlıdır

    Rayon rəhbəri 75 yaşlı şəhid anasını ziyarət edib

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Vüqar Allahverdiyevin anası Zənfurə müəlliməni 75 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı Alışarlı kəndində ziyarət edərək, onu təbrik edib, qayğıları ilə maraqlanıb.
    Zənfurə müəllimə uzun illər həyat yoldaşı Azay müəllimlə birgə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olub, onlara “ana”, ”vətən” kəlmələrini öyrətməklə yanaşı, şagirdlərinə də övladları kimi vətənpərvərlik hissləri aşılayıb.
    Ailənin 4 oğul, 1 qız övladı olub. 1973-cü ilin 26 yanvar tarixində anadan olan Vüqar ailənin ikinci övladı idi. Torpaqlarımızın azadlığı uğrunda savaş gedəndə o da döyüşə gedib və 1992-ci ilin 12 noyabr tarixində 21 yaşında Vəng kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
    Bu gün Allahverdiyevlər ailəsinin 4 övladı, 19 nəvəsi olsa da, Vüqarın yeri həmişə görünür.
    İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə Vətən üçün Vüqar kimi oğul böyütdüklərinə görə təşəkkür edib. Zənfurə müəlliməni 75 yaşı münasibəti ilə təbrik edərək ona Tərtər Rayon İcra Hakimiyyətinin təşəkkürnaməsini və hədiyyə təqdim edib. Torpaqlarımızın Vüqar kimi oğullar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.

     

     

     

  • 15İyn
    Şəhidlər Tərtərdə şəhid ailələrinə, qazilərə qayğı həmişə diqqət mərkəzindədir: Rayon rəhbəri 75 yaşlı şəhid anasını ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Vüqar Allahverdiyevin anası Zənfurə müəlliməni 75 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı Alışarlı kəndində ziyarət edərək, onu təbrik edib, qayğıları ilə maraqlanıb.

    Zənfurə müəllimə uzun illər həyat yoldaşı Azay müəllimlə birgə şagirdlərin təlim tərbiyəsi ilə məşğul olub, onlara “ana”, ”vətən” kəlmələrini öyrətməklə yanaşı, şagirdlərinə də övladları kimi vətənpərvərlik hissləri aşılayıb.

    Ailənin 4 oğul, 1 qız övladı olub. 1973-cü ilin 26 yanvar tarixində anadan olan Vüqar ailənin ikinci övladı idi. Torpaqlarımızın azadlığı uğrunda savaş gedəndə oda döyüşə gedib və 1992-ci ilin 12 noyabr tarixində 21 yaşında Vəng kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

    Bu gün Allahverdiyevlər ailəsinin 4 övladı, 19 nəvəsi olsa da Vüqarın yeri həmişə görünür.

    İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə Vətən üçün Vüqar kimi oğul böyütdüklərinə görə təşəkkür edib. Zənfurə müəlliməni 75 yaşı münasibəti ilə təbrik edərək ona Tərtər Rayon İcra Hakimiyyətinin təşəkkürnaməsini və hədiyyə təqdim edib. Torpaqlarımızın Vüqar kimi oğullar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.

    Şəhid Vüqar Allahverdiyevin valideynləri  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

     

     

     

  • 10İyn
    Şəhidlər Tərtərdə Vətən müharibəsi şəhidi İsgəndərli Səbuhi Yaşar oğlunun adı sinif otağına verilib üçün şərhlər bağlıdır

    Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Bu istiqamətdə aparılan işlərin davamı olaraq Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbdə sinif otaqlarından birinə Vətən müharibəsi şəhidi Səbuhi İsgəndərlinin adı verilib. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib.

     Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidin həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib.

     Tədbirdə iştirak edən şəhid ailələri, qazilər, veteranlar şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Daha ətraflı »

  • 10İyn
    Şəhidlər İcra başçısı Müstəqim Məmmədov Dəmirçilər kəndində Vətən müharibəsi şəhidi İsmayılllı Şamilin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birgə Vətən müharibəsi şəhidi  Şamil İsmayıllının rayonun Dəmirçilər kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi şücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır.

    Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu İsmayıllı Şamil Kamil oğlu 1993-cü il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 20-də yaşadığı Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub. Daha ətraflı »

  • 09İyn
    Şəhidlər GÖZÜMÜZ YAŞLI OLSA DA, QƏLBİMİZ QÜRURLUDUR üçün şərhlər bağlıdır

    Bir igidin şərəfinə məclis qurulmuşdu Hacıqərvənd kəndində. Afidə ananın illərlə ürəyində arzusunu yaşatdığı məclis. Buna toy da demək olardı, ad günü də. Ancaq nə bəy-gəlin vardı, nə də təbrikləri qəbul edən o pəhləvan cüssəli oğlan…
    Bu məclis ağır olduğu qədər də möhtəşəm idi. Burada danışan xatirələriydi. O xatirələr ki, xalqımız yaşadıqca, şəhidlərimizi yaşadacaq, insanların sevgisindən onlara abidə ucaldacaq.
    Yaxından-uzaqdan qonaqlar gəlmişdilər. Onlar əvvəlcə Hacıqərvənd kəndindəki qəbiristanlığa gəlib, Rəşadın məzarını ziyarət etdilər, önünə gül-çiçək dəstələri düzdülər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxudu.
    Sonra rayon İcra Hakimiyyəti başçısı aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış etdilər. Daha ətraflı »

  • 26May
    Şəhidlər Vətən müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun adı sinif otağına verilib üçün şərhlər bağlıdır

    Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Bu istiqamətdə aparılan işlərin davamı olaraq şəhid Elnur Muradov adına Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində sinif otaqlarından birinə Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin adı verilib. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, sinif otağında həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
    Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidin həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib. Daha ətraflı »

  • 19May
    Şəhidlər Azərbaycan tarixi xarici jurnalistlərin gözü ilə üçün şərhlər bağlıdır

    Yoldaşlarını ziyarət etdi, bir həftədən sonra isə özü xiyabana şəhid kimi qayıtdı…

    Bu günlərdə sosial şəbəkədə litvalı jurnalist Riçards Lapaitsin azərbaycanlı döyüşçü, I Qarabağ müharibəsində şəhid olmuş tibb bacısı Rəhilə Orucova haqqında kövrək bir yazıya rast gəldim. Bu sətirləri yalnız Azərbaycanı və azərbaycanlıları ürəkdən sevən bir insan yaza bilərdi.
    Aşağıda həmin yazını oxucularımıza təqdim edirik.
    Rəhilə Orucova doğma torpaq uğrunda şəhid olanda cəmi 27 yaşı vardı. Şuşanın alınması xəbərini o, Tərtərdə eşitdi. Ağdərə rayonunun Marquşevan kəndi (hazırda Şıxarx) istiqamətində hücuma keçmək əmri verilmişdi. O, həmin Şıxarxdı ki, özümün könüllülük fəaliyyətimdə dəfələrlə orada olmuşam. Könüllü olaraq ora gəlirdim! Artıq bizim günlərdə burada Turanə adlı azərbaycanlı qız şəhid olmuşdu. Şıxarx – bu, bütöv bir tarixdir! Kədər, böyük döyüşçülər və cəsarətli şəxsiyyətlər tarixi! Rəhilə Göyçayda doğulmuşdu. Bu, Azərbaycanın xüsusilə gözəl bir guşəsidir. Sonralar Orucovlar ailəsi Bakıya köçdü və o, burda tibb texnikumunu bitirdi.
    Qarabağ müharibəsi başlayanda, o, könüllü olaraq cəbhəyə getdi. Könüllü! Mənə elə gəlir ki, bu, başqalarının həyatını xilas etmək üçün insanın edə biləcəyi ən yüksək hərəkətdir. Qorxmaz qız kişilərlə bərabər döyüşə gedirdi. Həmin kədərli gündə “Qurtuluş” batalyonundan 11 əsgər şəhid olmuşdu. Daha ətraflı »

  • 08May
    Şəhidlər May ayında doğulan I Qarabağ müharibəsi şəhidləri üçün şərhlər bağlıdır

    Çıldıran ugrunda gedən döyüşdə şəhid oldu

    1992-ci il sentyabr ayının 1-də Çıldıran yüksəkliyi uğrunda gərgin döyüşlər gedirdi. Batalyon üzvlərinin əhval-ruhiyyəsi çox yüksək idi. Düşmənlər yüksəkliyi qoyub qorxaqcasına qaçırdılar, ancaq ara-sıra ətrafda mərmilər partlayırdı.
    Döyüşçülərimizin əksəriyyəti artıq yüksəkliyə qalxmışdılar, ancaq bir az arxada qalanlar da vardı. Onlardan biri Vəzir Oruco-həmkəndlisi, rayonun Xoruzlu kəndindən olan Hafiz Səfərov idi.
    Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon şöbəsinin sədri Suliddin Yusibov bu döyüş barədə belə danışır:
    –Sentyabrın 1-i, günorta saat 1-2 radələri idi. Çıldıran yüksəkliyini almaq tapşırığını alan igidlərimiz sürətlə irəliləyirdilər. Belə dəqiqələrdə bizi heç nə dayandıra bilməzdi. Ona görə də arxada partlayış səsini eşitsək də, dayanmadıq. Çünki adi bir ləngimə, çaşqınlıq əməliyyatın gedişini poza bilərdi. Ancaq ətrafda baş verənləri diqqətlə izləyən Vəzir Orucov dərhal vəziyyəti öyrəndi. Məlum oldu ki, partlayış nətıcəsində batalyonun iki üzvü – Hafiz Səfərov və Ərşad Sarıyev şəhidliyə ucaldılar, Sərvər, Əhəd və İlham isə yaralandılar (İlham da bir ay sonra aldığı yaradan şəhid oldu).
    Ölümün gözünə dik baxan, həyatda heç nədən qorxmayan sevimli komandirimizin üzündəki ifadəni, “anaları o uşaqları mənə tapşırmışdılar” sözlərini bu gün də unuda bilmirəm. Daha ətraflı »