Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May
    Şəhidlər Tərtərin küçələrindən biri Rasim Mürsəlovun adını daşıyır üçün şərhlər bağlıdır

    Birinci Qarabağ müharibəsi şəhidi Rasim Mürsəlov 1956-cı il may ayının 17-də Tərtər şəhərində anadan olub. Sadə, zəhmətkeş ailədə böyüyüb. Özü də müxtəlif peşələrə, o cümlədən rəngsazlığa, sürücülüyə maraq göstərib. Odur ki, 1972-1974-cü illərdə keç-miş Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurandan sonra Bakı şəhərindəki 48 nömrəli texniki peşə məktəbində təhsil alıb və paytaxtda qalıb işləyib.
    Lakin ötən əsrin 90-cı illərinin əvvəlində ermənilərin törətdikləri təxribatlar nəticəsində rayonumuzda vəziyyət gərginləşəndə, Rasim Tərtərə qayıdıb və bir müddət sürücü işləyib. “Tərtər Özünümüdafiə Batalyonu” yaradılarkən könüllü olaraq həmin batalyona yazılıb.
    Rasim Mürsəlov Qarabağ müharibəsi tarixinə “Marquşevan əməliyyatı” adı ilə daxil olmuş döyüşün iştirakçısıdır. Həmin döyüş 1992-ci il aprelin 10-da başlamış və 2 gün davam etmişdir. Batalyona yerli polis əməkdaşları və mülki əhali yaxından kömək edirdi. Tərtərlilər qəhrəmancasına vuruşurdular. Daha ətraflı »

  • 29Apr
    Şəhidlər İcra başçısı Müstəqim Məmmədov rayonun Kəngərli kəndində Vətən müharibəsi şəhidi Qənbər Qənbərlinin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədov birlikdə “Rəşadət” ordenli, Vətən müharibəsi şəhidi  Qənbər Qənbərlinin rayonun Kəngərli kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

    Rayon rəhbəri bizi ərazi bütövlüyümüzə qovuşduran, Şanlı Zəfər tarixmizi yazan şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildirib, Qənbər Qənbərlinin keçdiyi şərəfli ömür yoluna nəzər salıb.

    Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

    Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib. Daha ətraflı »

  • 19Apr
    Şəhidlər Tərtərin tarixində izi qalan insanlar üçün şərhlər bağlıdır

    BU TORPAĞI SEVƏ-SEVƏ QORUYURDU…

    30 ildən bir az çox vaxt ayırır bizi Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun şəhadətə qovuşduğu gündən. Amma elə bil dünən idi o şaxtalı 14 yanvar günü…
    Onun haqqında yazı hazırlamağı redaksiyada mənə tapşırmışdılar. Mən isə bütün tərtərlilər kimi çox həyəcanlıydım. Batalyon komandirinin şəhadətə yüksəlməsi xəbərinin ağırlığı təsirindən çıxa bilmirdik.
    Elman müəllimin iş həyatı gözlərimiz qarşısında keçmişdi. Çox ciddi, tələbkar və savadlı bu insan pillə-pillə ucalırdı tutduğu vəzifələrdə. Sevilirdi sadə insanlar tərəfindən. Rahat iş kreslosunu qoyub batalyon komandiri təyin edilməsi də heç kimi təəccübləndirmədi. Çünki vətənpərvər olduğunu, doğma torpağının hər qarışını necə sevdiyini də yaxşı bilirdik. Tərtərlilərə o da məlum idi ki, düşmən gülləsi ona şəhid olmuş batalyon üzvlərinin nəşini çıxarmağa gedərkən dəyib. Bütün bunları mən də bilirdim, ürəyim sözlərlə doluydu. Amma həyatımda ilk dəfə olaraq qələmim sözümə baxmadı. Onun haqqında yazını hazırlaya bilmədim. Məlumatları toplayıb, o zaman “Xalq qəzeti”nin redaktoru işləyən universitet müəllimim Tofiq Rüstəmova müraciət etdim. Elman Hü-seynov haqqında məqalə bu qəzetdə dərc olundu.
    O vaxtdan bəri dəfələrlə Elman müəllim haqqında qəzetimizdə müxtəlif materiallar verilib, onun döyüş yolu işıqlandırılıb. Daha ətraflı »

  • 10Apr
    Şəhidlər XALQA ƏMANƏT OLAN ŞƏHİD ÖVLADLARI üçün şərhlər bağlıdır

    Bu fikirlə yolumuzu Qaradağlı kəndindən saldıq. 30 ildən sonra mənfur erməniyə öz həddini göstərən Azərbaycan Ordusunun qəhrəman oğullarından biri–şəhid Hüseynov Aslan Malik oğlunun ocağına ikinci dəfə üz tutdum. İkinci dəfə İradə ana ilə Malik atanın oğul yolu gözləyən qapısını döydüm, şəhidimizin həyat yoldaşı Gülstan xanım və övladları Aysu və Kənanla üz-üzə, göz-gözə dayandım. Bu ikinci görüşümdə bəzi dəyişikliklərin şahidi oldum. Aslanın şəhid olmasından 2 il yarım keçməsinə baxmayaraq, ata-anada sanki bir az səbir duydum və buna daxilən sevindim. Sözsüz ki, bu səbrin arxasında Aslanın qoyub getdiyi yarımçıq arzulu həyat yoldaşı – evin gəlini Gülstan və qəhrəman oğulun yadigarları, gözləri dolusu atalı arzularını həyata keçirə bilmədiyi övladları –nəvələri Aysu və Kənandır. Ata-anaya verdiyim sualın cavabı da bu fikirlərimi təsdiqlədi.
    Aslan bu gün düşmənin göz dağına çevrilmiş, azad olunduqdan sonra bərpa və yenidən qurulması ilə diqqət çəkən Suqovuşanın azad olunması uğrunda şəhid olub. Raket start qurğusunun operatoru kimi SPAYK adlı silahla sentyabr ayının 27-də düşmənə qarşı döyüşə atılmışdı. Dostu, silah və döyüş yoldaşı Ruslan Şahbazovla birlikdə ermənilərin qorxulu yuxusuna çevrilmişdi. Daha ətraflı »

  • 03Apr
    Şəhidlər Rayon rəhbəri Aprel hadisələrinin 7-ci ildönümü ilə əlaqədar şəhid Nicat İsgəndərovun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyıtinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev və Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərovla birlikdə  2016-cı ilin Aprel hadisələrinin 7-ci ildönümü ilə əlaqədar Fizuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

    Görüşdə Şəhidin atası Bəhruz İsgəndərovun, anası Maya xanımın və yaxınlarının onunla bağlı xatirələri dinlənilib, keçdiyi döyüş yoluna bir daha nəzər salınıb.

    Görüşdə rayon rəhbəri Aprel döyüşlərinin əhəmiyyətindən danışıb, qeyd edib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel döyüşləri-böyük zəfərin başlanğıcı oldu.

    Qeyd edək ki, Nicat İsgəndərov ölümündən sonra aprel döyüşlərində göstərdiyi sücaətlərə görə “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı əbədiləşdirilərək şəhərin ən böyük küçələrindən birinə və təhsil aldığı şəhər 1 nömrəli tam orta məktəbinin 4 V sinifinə verilib.

    Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 17Mar
    Şəhidlər Martın 22-si Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım günüdür üçün şərhlər bağlıdır

    Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində doğulmuşdur. Orta təhsilini buradakı orta məktəbdə almışdır. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş və bir ildən sonra hərbi xidmətə çağırılmışdır. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirmişdir. Vəzir Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavodunda başlamışdır. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçmüşdür. 1992-ci ildə doğma torpağında gedən döyüşlərdə iştirak etmək üçün Vətənə dönmüşdür. 1992-ci il may ayının 4-də Tərtər Özünümüdafiə batalyonuna daxil olmuşdur. Sıravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir, batalyon komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürmüşdü. Batalyonun başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçir, onların canlı qüvvəsi, texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları qələbəyə səsləyirdi. Vəzir Orucov Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Drombon, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək, düşmənin neçə-neçə planını puça çıxarmışdı. O, 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralandı. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtdı. O, cəsur bir döyüşçü kimi həmişə doyüş əməliyyatlarının önündə gedirdi. Yoldaşları onu əfsanəvi qəhrəman kimi tanıyırdılar. 22 mart 1993-cü ildə son döyüşü oldu. O, Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına şəhid oldu. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Evli idi. Bir oğlu yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Tərtər şəhərindəki küçələrdən biri Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adını daşıyır

  • 10Fev
    Şəhidlər Ələkbər Ələkbərlinin ailəsi ziyarət olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrlərilə birlikdə rayonun Köçərli kəndində yaşayan Vətən müharibəsi şəhidi Ələkbər Ələkbərlinin ailəsində olub, onların qayğıları ilə maraqlanaraq, Vətənə Ələkbər kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
    Ələkbərin keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan, torpağı Vətənə çevirən Azərbaycanın Ələkbər kimi oğullarının unudulmadığını bildirib.
    Qeyd edək ki, Ələkbərli Ələkbər iki il əvvəl uğrunda canını qurban verdiyi doğma torpağa tapşırılıb.

  • 10Fev
    Şəhidlər Məftun Əhmədzadənin ad günü məzarı önündə qeyd olunub üçün şərhlər bağlıdır

    12-13 sentyabr 2022-ci il tarixdə Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalan rayonumuzun Evoğlu kəndinin sakini Məftun Əhmədzadənin doğum günü məzarı önündə qeyd olunub.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, YAP Tərtər rayon təşkilatının əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

     

  • 30Yan
    Şəhidlər İcra başçısı Borsunlu kəndində şəhid Elman Məmmədovun ailəsi ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə  Borsunlu kəndində şəhid Məmmədov Elman Bəhmən oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.

    Azərbaycan Ordusunun əsgəri Məmmədov Elman Bəhmən oğlu 1991-ci il avqustun 17-də Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 2020-ci ilin oktyabr ayının 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, oktyabr ayının 4-də yaşadığı Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub. Daha ətraflı »

  • 24Yan
    Şəhidlər İcra başçısı Dəmirçilər kəndindən olan şəhid İsmayıllı Şamilin ailəsi ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, ictimaiyyət nümayəndələri ilə birlikdə  Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.

    Qeyd olunub ki, Azərbaycan Ordusunun çavuşu İsmayıllı Şamil Kamil oğlu 1993-cü il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 20-də yaşadığı Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub. Daha ətraflı »