Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Avq
    Xəbərlər Vətəndaşların müraciətləri əsasında tədbirlər görülüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 47 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi za-manı evlərinə dəymiş ziyana görə şirkətlər tərəfindən görülən təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə təmin olunma, sahibkarlıq və fərdi evlərin tikintisi üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən icarəyə torpaq götürülməsi, subartezian quyusunun təmir olunması, özünüməşğulluq proqramı çərçivəsində heyvanla təmin olunma, mənzil növbəsinə götürülmə, həyətyanı sahəyə gedən yolun zəbt olunması, maddi yardım və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müra-ciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.
    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 19Avq
    Hərbi vətənpərvərlik Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    TƏRTƏRDƏ QƏHRƏMANLIQ OVQATI SÖNMƏYİB

    Zəfər tariximizə çevrilmiş İkinci Qarabağ mühari-bəsinin yaratdığı xoş ovqat, yüksək əhval hələ də varlığımıza hakimdir. Xalq-ordu birliyinin yenilməz qüdrəti 30 ildən bəri gözlədiyimiz günü gerçəkləşdirdi, “dəmir yumruq” düşmənin başında ildırım kimi çaxdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimiz, vətən sevdalı igid oğullarımız cənnət Qarabağı erməni iş-ğalçılarının caynağından xilas etdilər.
    Hə xoş ki, azadlığa qovuşan torpaqlarımız, ər oğulların qanı ilə yaralarına məlhəm qoyulan Vətənimiz indi rahat nəfəs alır. Cənnət Qarabağ buludların arxasından çıxan yaz günəşi kimi yenidən üzə gülür, bu yerin əsl sahiblərinə “gəl-gəl” deyir. Xalqına, vətəninə sonsuz məhəbbətlə bağlı, ömrünün mənasını Azər-baycanın parlaq gələcəyi uğrunda mübarizədə görən Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur indi yenidən qurulur, erməni faşistlərinin misli görünməmiş qəddarlıqla odlara qalayıb viran qoyduqları kəndlər, şəhərlər dirçəlir. Fərəhlidir ki, yeni salınmış “ağıllı kənd” artıq öz sakinlərini qəbul edib. Dövlətin qayğıkeşliyindən qaynaqlanan quruculuq işləri sürətlə davam edir. İşğaldan azad olunmuş ərazilərdə böyük sürətlə müasir tələblərə cavab verən yollar çəkilir, körpülər salınır, tunellər tikilir, yaraşıqlı binalar, evlər inşa olunur, vacib sosial infrastruktur yaradılır. Daha ətraflı »

  • 19Avq
    Xəbərlər İşğaldan azad edilən torpaqlara həyat qayıdır üçün şərhlər bağlıdır

    1993-cü ilin 23 avqust ta-rixi Füzuli və Cəbrayıl ra-yonlarının sakinləri ilə yanaşı, hər bir azərbaycanlı üçün ağır bir gün olub. Məhz həmin gün bu rayonların sakinləri öz dədə-baba yurdlarını tərk edərək, məcburi köçkün kimi müxtəlif ünvanlara səpələnib, onların maddi, mədəni, təbii sərvətləri isə erməni vandalları tərəfindən talan edilibdir.
    Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı ilə Zəfərlə başa çatan Vətən müharibəsi məcburi köçkünlərin qürurunu özünə qaytardı. İndi biz işğal tarixini unutmamaq üçün qeyd edirik. Əslində isə qəlbimiz sonsuz qürur və sevinc hissi ilə döyünür. Dövlət başçısının qayğı və diqqəti nəticəsində bu torpaqlara həyat qayıdır. Daha ətraflı »

  • 19Avq
    İqtisadiyyat 2022-ci ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 32,6 faiz artıb üçün şərhlər bağlıdır

    2022-ci ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 130 milyon 798.3 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 32.6 faiz çoxdur. Məhsul və xidmətlərin 73.8 faizi istehsal sahələrinin, 26.2 faizi xidmət sahələrinin payına düşmüşdür.
    2022-ci ilin yanvar-iyun aylarında 8527.5 min manatlıq və ya ümumi məhsulun 6.5 faizi qədər sənaye sektorunda, 56423.5 min manatlıq (43.2%) kənd təsərrüfatı sahəsində, 31522.1 min manatlıq (24.1%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 32835.3 min manatlıq (25.1%) ticarət və xidmət sahəsində, 1048.2 min manatlıq (0.8%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 441.7 min manatlıq (0.3%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur
    Sənaye istehsalı 2.2 dəfə, tikinti-quraşdırma işləri 3.9 dəfə, nəqliyyat xidmətləri 37.4 faiz, informasiya və rabitə xidmətləri 6.4 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

     

     

  • 19Avq
    Xəbərlər Ehtiramla yad edilib üçün şərhlər bağlıdır

    Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şə-hidlik zirvəsinə ucalan Tərtər rayonunun Alışarlı kənd sakini Azər Şəmilovun doğum günü məzarı önündə qeyd olunub.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyəti başçı-sının birinci müavini Elvin Umudov, Vətən müharibəsi iş-tirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər şəhər Cümə məscidinin imamı Sadiq Cə-fərov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Nümayəndələr daha sonra şəhidin ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib, hər zaman qayğı və diqqətlə əhatə olunduqlarını bildiriblər.

     

    ”Yeni Tərtər”

     

  • 19Avq
    Milli-mənəvi dəyərlər SAVADLI HƏKİM, TƏMƏNNASIZ İNSAN üçün şərhlər bağlıdır

    Tərtərlilər Rza İbrahimovu belə xatırlayırlar

    Haqlı deyirlər ki, insan ömrü yaşanan illərlə deyil, bu illərin dəyəri ilə ölçülür. Bəzən qısa bir ömrə o qədər xeyirxahlıq, yaxşı əməllər sığır ki, illər ötdükcə, bunlar unudulmur. Belə ömür yaşayan insanlardan biri də çox cavan yaşlarında dünyasını dəyişən tərtərli həkim Rza İbrahimovdur. Rza həkim 1952-ci il iyul ayının 18-də rayonumuzun Sarov kəndində sadə bir kolxozçu ailəsində anadan olub. Kəndlərində bostançı işləyən İbrahim kişi 7 övladının hamısını zəhmətə alışdırmış və demişdi:
    – Hər biriniz həyat yolunu özünüz seçəcəksiniz. Ancaq yadda saxlayın: bütün yolların başlanğıcı zəhmətdən keçir. Zəhməti sevsəniz, qarşınıza çıxan çətinliklərin öhdəsindən gələ biləcəksiniz.
    Dərsdən sonra onun yanına köməyə gələn uşaqların əlində kitab-dəftər görən ata sevinirdi:
    – Oxuyun, yaxşı peşələrə yiyələnin. İşiniz nə qədər hörmətli olsa da, sizə insanların məhəbbətini qa-zandıran sadəliyiniz və xeyirxahlığınız olacaq. Soy-kökünüzlə, kəndinizlə bağları qırmayın.
    Öyüd-nəsihətlərilə uşaqlarının, nəvələrinin qəlbində məskən salan İbrahim kişi 100 il yaşadı. Oğlu Rza onun tövsiyələrinə əməl edərək orta məktəbi müvəffəqiyyətlə bitirib, o zamanki Tibb İnstitutuna daxil oldu. Atasının dediyi kimi, zəhmətə qatlaşaraq, gecə-gündüz oxudu, mühazirələrdən, təcrübədən zəngin bilik topladı. Rayonumuza gənc həkim, savadlı bir mütəxəssis kimi qayıtdı.
    1975-ci ildən Rza İbrahimov Tərtər Mərkəzi Xəstəxanasında nevropatoloq kimi fəaliyyətə başladı. Tezliklə rayon mərkəzi ilə yanaşı, kəndlərimizdə də tanındı. Onun xəstələri adətən əsəbi, müxtəlif sar-sıntı keçirmiş insanlar olurdu. Lakin iş yoldaşları da, xəstələrin qohumları da çox zaman təəccüb Daha ətraflı »

  • 19Avq
    Hərbi vətənpərvərlik Qəhrəman Tərtərim üçün şərhlər bağlıdır

    Tarixən iblis xislətli məxluqların törətdiyi faciələrdən və buna bənzər düşmənçilik siyasətindən əziyyət çəkənlərdən biri də mənim yaşadığım, sakini olduğum Tərtərimdir. Səfalı mənzərəsi, təmiz havası, sərin suları ilə məşhur olan Tərtər rayonu həmişə mənfur qonşuların xəyanətlərinə düçar olub. Lakin mərd, igid insanların mübarizliyi sayəsində torpağının bir qarışını belə düşmənə təslim etməyib. Məndən yaşadığım yeri soruşanda ürəklə “Qəhrəman Tərtərim” deyirəm. Bir qarış torpağını mənfur düşmənə vermə-yən, canı bahasına döyüşərək qəhrəmanlıq göstərən, Vətəninin darda olduğunu görüb evdə ağlar körpəsini, xəstə valideynlərini qoyub: “Mən gedirəm, gün o gündür, vətənə borcumuzu qaytarmaq vaxtıdır”– deyib silahlanan, mərd oğullar yetişdirən qəhrəman yurdum. Bu igidlərin hər biri bir evin çırağı, ümid yeri olduqlarını bilərək, ölümü düşünmədən vətənin müdafiəsinə qoşuldular. Nəticədə “Dəmir yumruq” kimi sıx birləşərək Zəfər tarixi yazdılar. Məlumdur ki, Tərtər də erməni təcavüzündən ən çox əziyyət çəkən bölgələrdən olub. Ərazidə tez-tez atəşkəs pozulurdu, dinc sakinlərə ziyan vurulur, ölüm hadisələri baş verirdi. Daha ətraflı »

  • 18Avq
    Xəbərlər Tərtər gəncləri  “Atma yarat” sosial layihəsini həyata keçirilib. üçün şərhlər bağlıdır

    Layihə çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin yaradıcı gənclərinin toxunuşu ilə lazımsız hesab edilən əşyaların maraqlı əl işlərinə çevrilməsi nəzərdə tutulub.

    Gənclər atılması planlaşdırılan plastik, kağız, parça, taxta və digər materiallardan müxtəlif əl işləri hazırlayıb.

  • 16Avq
    Digər Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir üçün şərhlər bağlıdır

    Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib.

    Həmin müsahibədə qeyd olunb ki, dövlət başçısının bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bölgələrdə aparılan işlərə nəzarəti Prezident İlham Əliyev bilavasitə özü aparır.

    İnfrastruktur layihələri icra edilir. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı – həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.

    “Diri Baba” türbəsinin bərpası barədə danışan Prezident İlham Əliyev deyib ki, “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb.

    Diqqətə çatdırıb ki, Basqal ölkəmizin qədim kəndlərindən biridir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır. Daha ətraflı »

  • 13Avq
    Xəbərlər Rayon rəhbəri Əskipara kəndində şəhid Əzizov Ayşadın ailəsində olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri  ilə birlikdə Əskipara kəndində şəhid Əzizov Ayşadın ailəsində olub,  onların problemləri və qayğıları ilə maraqlanıblar.

    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə Daha ətraflı »