Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    Avqustda doğulan tərtərli Vətən müharibəsi şəhidləri

    Əlizadə Elşən Faiq oğlu

    Elşən Əlizadə 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur.
    Elşən Əlizadə 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elşən Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəmilov Azər Elyas oğlu

    Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşan qəhrəman döyüşçümüz 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
    Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazi-lərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zama-nı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüş-lərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
    Azər Şəmilov oktyabrın 14-də Talış kəndinin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Bərdə rayonunun Kələntərli kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Şəmilov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət ordeni”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Daha ətraflı »

  • 10Avq
    İdman TƏRTƏRDƏ İDMANLA MƏŞĞUL OLMAĞA ÇOX GÖZƏL İMKANLAR VAR üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər Olimpiya İdman Kompleksi 2 il bundan əvvəl, 2020-ci ilin 3 iyun tarixində istifadəyə verilib. Kompleksin açılışında dövlətimizin başçısı İlham Əliyev iştirak edib. Bu kompleksin tikintisi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb. Qeyd edək ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kopleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Burada müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, baksketbol və trenajor zalları, tennis kortu inşa edilib. Həmçinin mehmanxana, konfrans zalı, restoran , qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar var. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etməsi üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib. Olimpiya İdman Kompleksinin açılışında Prezident İlham Əliyev deyib: “Əminəm ki, Tərtər idmançıları bu imkanlardan istifadə edərək həm ölkə daxilində, həm beynəlxalq arenada yaxşı nəticələr göstərəcəklər. Tərtərdə idman həmişə inkişaf edib. İndiki şəraiti nəzərə alsaq, əlbəttə ki, daha da böyük ümidlərimiz vardır”. Kompleksin istifadəyə verildiyindən keçən müddət ərzində Vətən müharibəsi, sonra isə pandemiya dövrü burada işləri bir qədər ləngitmişdi. Cari ilin aprel ayında Emin Dadaşovun Tərtər Olimpiya İdman Kompleksinə direktor təyin edilməsindən sonra burada işlər canlanıb.
    Bu günlərdə Emin Dadaşovu redaksiyamıza dəvət edib, Kompleksin fəaliyyəti ilə bağlı müsahibə almışıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik. Daha ətraflı »

  • 10Avq
    Təhsil “ƏL-ƏLƏ” LAYİHƏSİNİN İŞTİRAKÇILARI üçün şərhlər bağlıdır

    Ölkəmizdə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin artırılması məqsədi ilə bir sıra proqramlar həyata keçirilir. Onlardan biri də yay və qış düşərgələrinin təşkilidir. Hazırda yay düşərgələrinin keçirilməsi davam etdirilir. Bu günlərdə Umudlu kənd tam orta məktəbinin şagirdləri Nilufər Zeynalzadə, Bəhram Məmmədli və Nərgiz Məmmədova təhsil üçün “Əl-ələ” yay düşərgəsindən xeyli təəssüratlarla geri dönmüşlər. Bununla əlaqədar Nilufər Zeynalzadə ilə görüşüb söhbət etdim.

    Nilufər 9-cu sinfi bitirib . Dərs əlaçısıdır. Buraxılış imtahanlarından yüksək nəticə göstərdiyi üçün Təhsil Nazirliyi tərəfindən fərqlənmə attestatına layiq görülüb. Onunla söhbətimizdən öyrəndim ki, gələcəkdə savadlı, qanunlarımızın ke-şiyində dayanan hüquqşünas olmaq arzusu ilə yaşayır. Mükəmməl bir hüquq işçisi olmaq üçün təkcə dərslərinə fikir vermir, həm də fənn olimpiadalarında iştirak edir, sosial bacarığını artırmağa çalışır. Elə Təhsil Nazirliyi tərəfindən Azərbaycan və Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) dəstəyi ilə təşkil olunmuş yay düşərgəsində keçirilən təlimlər bu məqsədlə təşkil olunmuşdur.
    Nilufər düşərgədən razılıq hissi ilə söz açırdı. Bildirdi ki, Böyük Britaniya Səfirliyinin dəstəyi ilə keçirilən layihə əsasən on rayonun kənd məktəblərinin şagirdləri üçün təşkil olunmuşdu. “Lebraff” kitabxanasında, ölkəmizin tanınmış universitetlərində, parlamet binasında və başqa görkəmli yerlərdə keçirilmiş ekskursiyalar hər birində xoş təəssüratlar yaratdı, sosial sahəyə maraqlarını artırdı. Ən əsası burada əldə olunan biliklər xaricdə təhsil almaq arzusunda olan gənclərə qarşılaşacaqları çətinlikləri uğurla dəf etməyə köməkdir. Daha ətraflı »

  • 10Avq
    Digər İctimai qınaq lazımdır üçün şərhlər bağlıdır

    Hər səhər işə gələndə, şəhərimizin küçələrini təmiz və səliqəli görürəm. Bu mənzərə insanda xoş duyğular oyadır.
    Ancaq axşamlar həmin küçələri tanımaq olmur. Hər yerə atılmış siqaret qutuları, dondurma kağızları, zibil qutularının kənarlarına tökülmüş məişət tullantıları əhvalımı pozur. Axı, niyə belə olmalıdır?
    Mən əvvəllər Rusiyada ya-şamışam. Bu ölkədə belə bir qayda var: əgər kimsə içtimai qaydaları pozursa, dərhal ətrafdakıların qınağı ilə qarşılaşır. Ona görə də istirahət məkanlarında, küçələrdə körpə uşaqdan tutmuş böyüklərədək heç kim zibili yerə ata bilməz.
    Bəs biz necə edirik? Anasının əlindən tutub dondurma yeyən uşaq kağızı yerə atır, valideyn dillənmir, maşınların pəncərələrindən əlimizə keçənləri yola səpələyirik, heç kim buna fikir vermir. Yəni bir növ laqeydlik var. Halbuki, belə hallarda ictimai qınaq lazımdır. Bu məsələlərdə də birliyimiz bizə çox kömək edə bilər.

    Ülviyyə Quluyeva,
    “Yeni Tərtər” qəzetinin
    kompüterçisi

  • 10Avq
    Tərtər RİH-də İcra başçısı vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 45 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyana görə şirkətlər tərəfindən görülən təmir-bərpa işlərinin düzgün aparılmaması, pay torpaq sahələrinin suvarılması, işlə təmin olunma, sahibkarlıq və fərdi evlərin tikintisi üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən icarəyə torpaq götürülməsi, subartezian quyusunun təmir olunması, suvarma arxlarının təmizlənməsi və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 10Avq
    Qazilərimiz Tərtərdə Vətən müharibəsi qazilərinə və iştirakçılarına medallar təqdim olundu üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirərən Vətən müharibəsi iştirakçılarına və qazilərə “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı il təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimetmə mərasimi keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi  Elşən Abdullayev, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 10Avq
    Tərtər RİH-də Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşların müraciətləri dinlənilir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.

    Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.

    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

     

  • 09Avq
    Xəbərlər “Gənclər davamlı inkişaf üçün” layihəsi çərçivəsində Tərtərdə Dayanıqlı İnkişaf Məqsədləri haqqında təlim keçirilib üçün şərhlər bağlıdır

    GİKM-in Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev tərəfindən keçirilən təlimdə Dayanıqlı İnkişaf Məqsədləri haqqında ümumi məlumat verilib, DİM – 5 gender bərabərliyi haqqında danışılıb və müzakirələr təşkil olunub.

    Daha sonra təlim qrup işləri ilə davam edib.

    Qeyd edək ki, layihə İrəli İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Asossasiyasının tərəfdaşlığı ilə həyata keçirilir.

  • 06Avq
    Xəbərlər Tərtərdə “İxtisas Bələdçisi” seminarı baş tutub üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Seminar zamanı gənclərə özünütanıma,  özünüinkişafın əhəmiyyəti, bacarıq və istedadların müəyyən olunmasının yolları izah edilib.

    Həmçinin gələcəyin peşələri, ixtisas üzrə ölkədə və xaricdə təhsil haqqında məlumat verilib, Universiteti nəyə əsasən seçməli? düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, Əsas ixtisaslar və onların gələcək perspektivləri, Visa nədir? mövzuları əhatə olunub.

    Seminarın sonunda gənclərin sualları cavablandırılıb.

    Layihənin keçirilməsində əsas məqsəd gəncləri və valideynləri müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.

    Layihə Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər  nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib

  • 02Avq
    Xəbərlər Rayon rəhbəri vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 45 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyana görə şirkətlər tərəfindən görülən təmir-bərpa işlərinin düzgün aparılmaması,  həyətyanı və pay torpaq sahələrinin suvarılması, işlə təmin olunma, bələdiyyədən icarəyə torpaq götürülməsi, yeni subartezian quyusunun qazılması və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub. Daha ətraflı »