Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek
    Digər Siyasi iradə və prinsipial mövqe üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

    Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verildi.

    Sonra Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü.

    Prezident İlham Əliyev – Mən ikinci dəfədir ki, bu binadayam. On iki il bundan əvvəl binanın açılışında iştirak etmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və ovaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik.

    Bildiyiniz kimi, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Daha ətraflı »

  • 24Dek
    Digər Azərbaycan-Serbiya münasibətləri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub üçün şərhlər bağlıdır

    Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Görüşdən sonra  dövlətimizin başçısı  mətbuata bəyanat verib.

    Prezident İlham Əliyev deyib ki,  həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.

    İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır.

    Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.

    Dövlət başçısı bildirib ki,  beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri çox narahat edir.

    Ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik. Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq.

    Nəqliyyat-logistika sahəsində böyük potensial var. Nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır. Daha ətraflı »

  • 23Dek
    Xəbərlər Azərbaycan-Serbiya əlaqələrində yeni səhifə açılır. üçün şərhlər bağlıdır

    Azərbaycanın bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlər qurduğu dövlətlər sırasında Serbiya Respublikası xüsusi yer tutur.

    Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. İki ölkə arasında  keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb.

    Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır.

    Cari ilin dekabrın 21-də ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə dövlətimizin başçısının təkbətək görüş başa çatdıqdan sonra hər iki ölkə rəhbərinin mətbuata bəyanatında səsləndirilən fikirlər də qarşılıqlı münasibətlər və perspektiv fəaliyyətlər barədə aydın təsəvvür yaradıb. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev bəyanatında iki ölkə əməkdaşlığında energetika sektorunun xüsusi yer tutduğunu, son  vaxtlar bu sahənin böyük önəm daşıdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın təbii resurslarının artıq müxtəlif istiqamətlər üzrə, məsələn, Avropa qitəsinə, o cümlədən, Serbiyaya qonşu olan ölkələrə ixrac edildiyini vurğulayıb. Ölkə rəhbəri belə bir əlverişli şəraitin həm zəngin təbii qaz, həm də elektrik enerjisi potensialı sayəsində yarandığını bildirib. Prezident İlham -Əliyev bəyanatında gələn ildən başlayaraq, Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracı üçün əməli addımlar atılacağına da əminliyini ifadə edib.  Dövlətimizin başçısı onu da  bildirib ki,  “Dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”. Daha ətraflı »

  • 23Dek
    Xəbərlər Rayon rəhbərinin Bayandurlu kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Kəbirli kənd İƏD üzrə nümayəndəliyinin Bayandurlu kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə Daha ətraflı »

  • 23Dek
    Xəbərlər İcra başçısı Xoruzlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni istifadəyə verilmiş 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.

    Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

  • 22Dek
    Digər XALQIN  MƏHƏBBƏT VƏ ETİMADINI QAZANAN QÜDRƏTLİ LİDER üçün şərhlər bağlıdır

    2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev xalqımızın etimadını və dərin məhəbbətini qazanıb. Onun rəhbərliyi altında ölkəmiz böyük nailiyyətlər əldə edib. Prezident İlham Əliyev bu barədə deyib: “2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”

                               Təhsil və peşəkar fəaliyyət

    1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.

    Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Daha ətraflı »

  • 22Dek
    Digər Qlobal trendləri nəzərə almış Dövlət Proqramı üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev tərəfindən noyabrın 16-da təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə təsdiqlənən, strateji əhəmiyyət hədəfləyən ” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” milli maraqlarımızı, dövlətçiliyimizi dəstəkləyən tarixi sənəddir.

    Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edir. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması və əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, eyni zamanda gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər Dövlət Proqramında əks olunan vacib məsələlərdəndir.

    İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. Bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları olduqca vacibdir. Daha ətraflı »

  • 22Dek
    Xəbərlər Tərtərdə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Şuşa ili” çərçivəsində Tərtər rayon Mədəniyyət Mərkəzində bədii fikrin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüqüq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri,  idarə, müəssisə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak etmişdir.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan mədəniyyəti bugün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və birinci-vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ən parlaq mərhələsini yaşayır.  Rayon rəhbəri Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs etmiş və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir.

    2022-ci ilin mart ayında görkəmli şairə, tanınmış ictimai xadim, Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Bu məqsədlə, Prezident İlham Əliyevin görkəmli şairə bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın  190 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Mədəniyyət Mərkəzində “ Tək inci Xan qızı” adlı  tədbir keçirilib. Daha ətraflı »

  • 21Dek
    Xəbərlər  Tərtər Rayon İcra Hakimiyyətində vətəndaş məmnunluğu təmin edilir üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar rayon icra hakimiyyətinin başçısı, onun müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilir.

    Fərdi qaydada baş tutan qəbullarda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır,  vətəndaş məmnunluğu təmin edilir. Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır, araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir.

    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

     

  • 21Dek
    Xəbərlər Rayon rəhbəri tərəfindən növbəti vətəndaş qəbulu keçirilib üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 18 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, maddi yardım, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, əmək mübahisələri və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.