Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek
    Xəbərlər Qəhrəman Tərtərimiz, sən həm də gözəlsən! üçün şərhlər bağlıdır

    Rayonumuz qışa hazırdır

    Tərtər rayonunda payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən məqsədyönlü tədbirlər rayon sakinlərinin payız-qış mövsümünü heç bir problem olmadan başa vurmalarına imkan yaradır.
    Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən qış mövsümünə hazırlıqla bağlı rayonda fəaliyyət göstərən əlaqədar qurumlara tapşırıqlar verilib və rayon rəhbəri görülmüş işlərlə yerində tanış olub.
    Qeyd edək ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar Tərtər şəhərində və yol kənarı yaşıllıq zolaqlarında mövsümi budama, səliqə-sahman işləri aparılır, həmişəyaşıl və dekorativ ağaclar formaya salınır. Səkilərdə sakinlərin gediş-gəlişinə maneə yaradan budaqlar təmizlənir. Budanma nəticəsində yaranan tullantılar Kommunal Təsərrüfatı İdarəsinin texnikaları və işçi qüvvəsi tərəfindən ərazidən götürülür.
    Küçələrdə quraşdırılmış gecə işıqlandırma sistemlərinə baxış keçirilir, sıradan çıxmış elektrik lampaları yenisi ilə əvəz olunur, xətlərdəki nasazlıqlar aradan qaldırılır. Daha ətraflı »

  • 09Dek
    Digər Məsuliyyət hissi ilə çalışırlar üçün şərhlər bağlıdır

    Şəhid adları müqəddəsdir. Onları əbədiləşdirmək, gələcək nəsillərə çatdırmaq isə hər birimizin borcudur. Bu istiqamətdə də şəhərimizdə çox işlər görülür. Tərtərin üç böyük küçəsinə 44 günlük Vətən müharibəsi şəhidləri Sənan Məmmədli, Azər Şəmilov və Qəmbər Qəmbərlinin adları verilib.
    Hazırda bu küçələrdə abadlıq işləri görülür, istinad divarları aqlay daşları ilə üzlənir. Bu işi yerinə yetirənlər xüsusi məsuliyyət hissi ilə çalışırlar.
    Biz də bu küçənin sakinləri olaraq öz ömürlərini xalqın xoşbəxtliyi naminə qurban verən oğulların xatirəsini daim ehtiramla anırıq.
    Qəhrəmanların adlarını daşıyan küçədə böyüyən uşaqlar onların həyatı haqqında məlumatlarla tanış olur və torpağımızı, vətənimizi sevməyi şəhidlərimizdən öyrənirlər.

    Mayıl Qarayev,
    Sənan Məmmədli küçəsinin sakini

  • 09Dek
    Xəbərlər Ağaclar da canlıdır, qayğını sevir üçün şərhlər bağlıdır

    Belə bir atalar sözü var: “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”. Yəni atalarımız bizə çatdırmaq istəyiblər ki, ağaclar da canlıdır, qayğını sevir.
    Son illər şəhərimizin küçələrində yaşı çox olan çinarlarla yanaşı xeyli dekorativ ağaclar əkilib ki, bunlar da Tərtərimizin simasına xüsusi yaraşıq verir. Həmin ağacların daim formada qalması üçün ilin müxtəlif fəsillərində qulluq işləri aparılır.
    Hal-hazırda şəhərimizin Heydər Əliyev prospektində, Elman Hüseynov və Şıxəli Qurbanov küçələrində ağacların qurumuş budaqları doğranır, dibi bellənir, suvarma işləri həyata keçirilir.
    Yaşıllıq gözəllik olmaqla yanaşı həm də bol oksigen deməkdir. Bunu bilən tərtərlilər hər ağaca xüsusi qulluq göstərirlər.

    İlahə Paşazadə

     

  • 09Dek
    Xəbərlər Nizami küçəsinin döngələrinə asfalt örtüyü döşənir üçün şərhlər bağlıdır

    Bizim küçə şəhərimizin abad və yaraşıqlı küçələrindən biridir. Ancaq bu yaxınlara qədər onun kiçik qollarına asfalt örtüyü döşənməmişdir.
    Hazırda iki döngədə bu işlərə başlanılıb. Sakinlər döngələrin abadlaşdırılmasını razılıq hissi ilə qarşılayıblar. Nizami küçəsinin digər qollarında da abadlıq işləri görüləcək.
    Abad yol mədəniyyətdir, rahatlıqdır. Gələn qonaqlarımızın yanında da üzümüz ağ olacaq. Odur ki, hər bir ölkə vətəndaşının həyat şəraiti-nin yaxşılaşdırılmasını düşünən Prezident İlham Əliyevə, rayon rəhbərliyinə küçəmizin bütün sakinləri adından minnətdarlığımızı bildiririk.

    Telman Məmmədov, Kəlam Əliyev,
    Nizami küçəsinin sakinləri

  • 08Dek
    Digər İcra başçısı Yenikənd kəndində şəhid Qasımov Azərin ailəsi ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Yenikənd kəndində şəhid Qasımov Azər Yaqub oğlunun  ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

    Qeyd edək ki, Qasımov Azər Yaqub oğlu  1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində  anadan olub.

    Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı  uğrunda gedən döyüşlərdə savaşıb. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra “Vətən uğrunda” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

    Şəhid Qasımov Azər Yaqub oğlunun xatirəsi doğulub boya-başa çatdığı kənddə əbədiləşdirilib. Onun adı Yenikənd kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulağa və şəhidlər abidə kompleksinə həkk olunub.

    O, ailəli idi, 4 övladı yadigar qalıb.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

     

  • 08Dek
    Digər Rayon rəhbərinin Yenikənd kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Ələsgərli kənd İƏD üzrə nümayəndəliyinin Yenikənd kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »

  • 08Dek
    İdman Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar idman çoxnövçülüyü üzrə xatirə turniri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, rayonun tam orta məktəblərinin yuxarı sinif şagirdləri arasında idman çoxnövçülüyü (100 metr məsafəyə qaçış, turnikdə dartınma, paralel qollarda hərəkətlər, yerdən dartınma-jim) üzrə komanda yarışları keçirilmişdir.

    Ümumulikdə yarışa rayonun 28 tam orta məktəbindən 112 yuxarı sinif şagirdi qatılmışdır.

    Turnir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

    Tədbirə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Tərtər UGİŞİM-in direktoru Emin Quliyev və Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək bildirmişlər ki, ölkəmizdə idman siyasətinin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmiz beynəlxalq arenada idman ölkəsi kimi tanınır. Bundan əlavə həm də Azərbaycan bir çox beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Bütün bunlar Heydər Əliyevin ölkəmizdə idmana və idmançılara göstərdiyi yüksək diqqətin bu günə gəlib çıxan ən bariz nümunələrindəndir. Daha ətraflı »

  • 07Dek
    Digər Zəfər paradı ölkəmizin həyatında tarixi hadisədir üçün şərhlər bağlıdır

    “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”

    İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı

    Zəfər paradı ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisədir. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş bu paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.

    Zəfərin rəmzi olan Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.

    Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

    Zəfər paradında deyilib ki, 44 günlük müharibənin hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Daha ətraflı »

  • 06Dek
    Digər Tərtərdə Beynəlxalq Könüllülər Günü qeyd olunub. üçün şərhlər bağlıdır

     

     

     

     

     

    5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə gənclər “Kahoot” platforması ilə keçirilən intellektual yarışda bir araya gəlib.

    Komanda şəklində yarışdan sonra gənclər müxtəlif oyunlar oynayıb və əyləncə dolu gün keçiriblər.

    Sonda il ərzində fəaliyyətlərimizdə fərqlənən gənclər təşəkkürnamə ilə təltif olunub.