Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01İyn
    Xəbərlər İcra başçısı Müstəqim Məmmədov Qaynaq kəndində Vətən müharibəsi şəhidi Surxayzadə Cahangirin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Pokuroru Əli Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayevlə birlikdə Vətən müharibəsi şəhidi  Surxayzadə Cahangirin rayonun Qaynaq kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

    Rayon rəhbəri bizi ərazi bütövlüyümüzə qovuşduran, Şanlı Zəfər tarixmizi yazan şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildirib, Cahangirin keçdiyi şərəfli ömür yoluna nəzər salıb.

    Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olmuş Cahangir Surxayzadə 1996-cı il iyulun 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. O, Füzulinin və Şuşanın azadlığı uğrunda döyüşüb və noyabrın 9-da Şuşa
    döyüşlərində şəhid olub.

    Cahangir ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, ”Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Daha ətraflı »

  • 01İyn
    Xəbərlər İcra başçısı Qaynaq kənd ümumi orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 117 şagirdin təhsil aldığı Qaynaq kənd ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb edilməsini və gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.

    Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

  • 01İyn
    Xəbərlər Rayon rəhbərinin Qaynaq kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Qaynaq kəndində keçirilib.

    Qəbulda Rayon Prokuroru Əli Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub. Daha ətraflı »