Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti qəbul Bayandur kəndində oldu.
    Əvvəlcə Ələsgərli kənd İƏD üzrə nümayəndə Kamran Əhmədov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Şirin Məmmədov, Telman Məmmədov, Qəzənfər Baxışov, Güllü Şahbazova əsasən suvarma, elektrik təsərrüfatının yenidən qurulması və digər şəxsi məsələlər barədə müraciət etdilər.
    Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
    Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:23

    Teqlər:

İsmarıclar bağlıdır.