Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev
    Tərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşüləri Hüsənli kəndində oldu.
    Qəbullarda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kəndin sakinləri iştirak ediblər.
    Əvvəlcə kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova kəndin sosial-iqtisadi inkişafı, əhalinin məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Tərtər RİH-də 2018-ci İLİN YEKUNLARI NİKBİNLİYƏ ƏSAS YARADIR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 2018-ci il 36 milyon 326,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə verilib.
    Bu barədə rayonda ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2018-ci ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və video-slayda baxıblar.
    Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2018-ci ildə də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun yenilənməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahələrində tədbirlər uğurla davam etdirilib. Tərtər şəhərində və kəndlərdə geniş tikinti quruculuq işləri aparılıb.
    Sonra icra başçısı görülən işlər barədə ayrı-ayrılıqda ətraflı məlumat verib, tikilən yeni obyektlərdən, çəkilən kəndarası asfalt yollardan, abadlaşdırılan küçələrdən, içməli su, qaz, işıq təminatından danışıb. (Hesabat məruzəsi qəzetimizin ötən sayında dərc olunub). Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Tərtər RİH-də İCRA BAŞÇISININ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞLƏRİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Səhlabad kəndində oldu.
    Əvvəlcə Səhlabad kənd İƏD üzrə nümayəndə Cəbrayıl Yusibov görülən işlər barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən İman Almuradov, Ziya Mahmudov, Camal Aslanov əsasən suvarma suyu üçün subartezian quyusunun qazılması, kənddə yerləşən inzibati binaların təmiri, internetin zəif olması, kəndə əlavə telefon nömrələrinin verilməsi və digər məsələlər barədə müraciət etdilər. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Tərtər RİH-də QONAQ SƏMİMİYYƏTLƏ QARŞILANIB üçün şərhlər bağlıdır

    Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bərdə nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik Tərtər rayonunda səfərdə olub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşən Gerardo Moloeznik təşkilat tərəfindən 2018-ci il ərzində Tərtər rayonu ərazisində görülən işlər barədə məlumat verib, 2019-cu ildə nəzərdə tutulan tədbirləri rayon rəhbəri ilə müzakirə edib.
    Görüşdə rayon rəhbəri Tərtər rayonunun düşmənlə 48 kilometr təmas xətti olduğunu, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulması nəticəsində rayonun dinc sakinlərinin xəsarət aldığını, mülki əhalinin şəhid olduğunu, inzibati və yaşayış binalarına, əkin sahələrinə ciddi ziyan vurulduğunu bildirib. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Tərtər RİH-də İNSANLIĞA QARŞI ƏN AĞIR CİNAYƏT üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir Şəhidlərin xatirəsinə ucaldılmış Abidənin önündən başlandı. Abidənin önünə gül-çiçək dəstələri qoydular.
    Tədbir iştirakçıları 20 yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 29 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Tərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Bəyimsarov kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kəndin sosial-iqtisadi inkişafı, əhalinin məşğuliyyəti və görülən işlər barədə məlumat verdi. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Tərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ YUXARI QARADAĞLI KƏNDİNDƏ OLUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kənd İƏD üzrə nümayəndəliyin Yuxarı Qaradağlı kəndində olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Tərtər RİH-də BAYANDURLU KƏNDİNDƏ SƏYYAR QƏBUL üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəbirli kənd İƏD üzrə nümayəndəliyin Bayandurlu kəndin-də olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Tərtər RİH-də ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ EHTİRAMLA YAD EDİLDİ üçün şərhlər bağlıdır

    Tərtərlilər böyük hüznlə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək Mərkəzi Meydanda ucalan abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.
    Əvvəlcə iştirakıçılar ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotostendlərlə tanış oldular.
    “Dəyirmi masa” arxasında keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı geniş çıxış etdi. O bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ulu öndəri Heydər Əliyevin vəfatından on beş il keçir. Əbədiyaşar dahinin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Tərtər RİH-də GÜLABATLI KƏNDİNDƏ SƏYYAR QƏBUL üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Buruc kənd İƏD üzrə nümayəndəliyin Güləbatlı kəndində olub.
    Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Asif Alıkişiyev, Rafiq Sarıyev, Nüşabə Misirova və digərləri müxtəlif məsələlər barədə müraciətlər ediblər.
    Olunan müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara tapşırıqlar verilib.
    İcra başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb. Daha ətraflı »

    Teqlər: